Müdafiə Nazirliyinin Tibb Baş idarəsinin şöbə rəisindən qazi anasına biabırçı məktub – Fotofakt

12-02-2021, 14:18           
Müdafiə Nazirliyinin Tibb Baş idarəsinin şöbə rəisindən qazi anasına biabırçı məktub – Fotofakt
Müdafiə Nazirliyinin Tibb Baş idarəsi qazi anasının müraciətinə cavab olaraq məktub göndərib.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin Müalicə-profilaktika şöbəsinin rəisi tərəfindən göndərilən cavab məktubunda qazinin adını məktubun giriş hissəsində Şahin Quliyev, məktubun mətn hissəsində isə Azər Əliyev kimi göstərib.

Yayımlanan bu məktub sosial mediada sərt tənqid və qınaqlarla qarşılanıb. Bildirilib ki, nazirlik eyni anda bir məktubu bir neçə qazi ailəsinə göndərdiyi üçün məktubda bu cür xoşagəlməz hal yaşanıb.
Correct.az məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müvafiq sorğu göndərib, cavab verildiyi təqdirdə dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru