Sumqayıt Tibb Kollecində nə baş verir?

8-02-2016, 23:42           

Direktor Rafael Eyvazov hər işdən pay götürür, hətta tələbələrin cibindən də


Sumqayıtda fəaliyyət göstərən Tibb Kollecində tender maxinasiyalarının olduğu deyilir.
teref.az demokratiya.infoya istiunadən yazır ki, kollecin direktoru Rafael Eyvazovun qurduğu oyunlar sayəsində reallaşan prosesdən əldə olunan gəlirlər isə kiçik hesab olunmur.

Məlumatlarda deyilir ki, ötən il ərzində keçirilmiş tenderlərin birində kollecə müxtəlif təyinatlar üzrə pullar ayrılıb. Həmin pulun 45400 manatı üç dəfəyə təmir işlərinə, 6700 manatı isə əsas vəsaitin satın alınmasına sərf olunub. Təbii ki, kağız üzərində.

Amma abadlaşma işləri üçün ayrılmış 20 min manatın təyinatı üzrə xərclənmədiyi də dəqiqdir. Bundan başqa, dəftərxana ləvazimatları üçün də 5600 manatın ayrıldığı dəqiq olsa da, bu qədər vəsaitə nələrin alındığı bilinmir. Onu da bildirək ki, Sumqayıt Tibb Kollecinə nəqliyyat vasitəsi də alınıb ki, bunun üçün də 25 min manatın xərcləndiyi deyilir. Hərçənd alınan avtomobilin nə markası məlumdur, nə də adı.


Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.