Vətən müharibəsi Qazisi Prezidentə şikayıt etdi:"Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir dəfə belə olsa mənimlə maraqlanmayıb."
15-02-2021, 09:04

Vətən müharibəsi Qazisi Göyçay şəhəri Səyyaf Xəlilov küçəsi ev 36 sakini Əsgərov Mehman Mahir oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Cənab Prezident Sizə bildirmək istəyirəm ki, mən Göyçay rayon sakini 1995-ci il təvəllüdlü Əsgərov Mehman Mahir oğlu 29 sentyabr 2020-ci il tarixdə könüllü olaraq Vətənimin azadlığı uğrunda gedən döyüşlərə qatılmışam. 190 saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdim.Döyüşərək düşmənin işğal etdiyi əraziləri azad etdikcə, daha da yüksək əhval-ruhiyədə olurduq. Düşmən tərəfindən atılan artileriya zərbəsilə ağır yaralandım. Diaqnozum budur "Açıq kəllə-beyin travması.Sağtərəfli alın sümüyünün içəriyə basılmış qəlpəli sınığı, baş beyin əzilməsi, subaraxnoidal qansızma, sağtərəfli alın nahiyəsinin epidural hematoması.Sağ ağciyərin əzilməsi və intraparenxematoz yad cismi(qəlpə), sağtərəfli hemotaraks, sağtərəfli hematomanın və sümük qəlpələrinin xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət".
2020-ci ilin dekabr ayında təxris olunmuşam.
Həqiqətən də istər döyüşlər zamanı,istərsə də xəstəxana və hospitallarda xüsusi gözəl qayğı görmüşəm.Lakin təəssüflər olsun ki,yaşadığım Göyçay rayonunda dediklərimin tam əksilə qarşılaşdım.Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir dəfə belə olsa mənimlə maraqlanmayıb.Məni sayıb ziyarətə gəlməyəcəklərini anladım və özüm xəstə halda birtəhər yatağımdan qalxıb şəhər icra hakimiyyətinə getdim.İcra başçısı Mehdi Səlimzadə məni qəbul etmədi köməkçisi vasitəsi ilə ona xahişimi çatdırdım. Bildirdim ki,"Ailəmizin maddi durumu çox aşağı səviyyədədir.Mənim fiziki əmək qabiliyyətim yoxdur. Hazırda heç bir sosial müavinət və ya pensiya almırıq.Şəhərin mərkəzində təxminən 15 kv metr boş yer görmüşəm. Həmin əraz isə qeyri-yaşayış obiyektinin tikintisinə başlamağım üçün, mənədə həmin yerdən 15 kv-m maqazin tikintisi üçün yer satılmasını və ya ayrılmasını xahiş edirəm".
İcra başçısı köməkçisi vasitəsilə cavab göndərdi ki, bu mümkün deyil.Müxtəlif bəhanələr gətirildi ki, həmin ərazi bizə aid deyil, buna rayonun memarı baxır.Beləcə mənə rədd cavabı verdilər.
İcra başçısı Mehdi Səlimzadənin bu cavabı tam yalandır.Çünki icra başçısı rayonda yerləri özü şəxsən küllü miqdarda pul alaraq satıb talan edir.Göyçayda şəhər və kənd bələdiyyələri Mehdi Səlimzadənin razılığı olmadan bir qarış yeri sata bilməzlər.Buna misal üçün Mehdi Səlimzadə Göyçay şəhərində çox mənzilli yaşayış binalarının xeyir-şər evinin yerini , yolu, yaşıllığı maqazin tikintisi üçün müxtəlif adamlara satmışıdr.Bu adam hətda yeri satmaq üçün yaşıllıqları məhv etmişdir.
Mən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün gedən döyüşlərə qatıldığım zaman düşünmürdüm ki, bir gün möhtac olacam və gəlib Mehdi Səlimzadəyə ağız açacam.Döyüşlərdən gəlmişəm deyə heç kimə minnət etmirəm.Çünki Vətən anadır və biz millət olaraq heç bir təmənnasız onu müdafiə etməyə borcluyuq.
Cənab Prezident mən Sizin" Şəhid ailələrinə, qazilərimizə sahib çıxmalıyıq"sözünüzü rəhbər tutaraq bildirmək istəyirəm ki,yaşadığım Göyçay rayonunda icra başçısı tərəfindən dedikləriniz yerinə yetirilmir. Tanıdığım bir çox Şəhid ailəsi, qazi və veteranlar vardır ki, Mehdi Səlimzadə onlardan xəbərsizdir.Bu adam ancaq kapital topalamaqla məşğuldur, gözü isə heç vaxt doymur. Mehdi Səlimzadə yaramaz fəaliyyəti ilə Göyçay rayonunda ciddi narazılıq yaradıb.Buna görədə ən çox şikayət olunan rayonlar sırasında Göyçay birincidir.
Elə bu səbəbdən də şikayətimi Sizə bildirirəm.Sizdən xahiş edirəm yuxarıda qeyd etdiyim cəmi 15 kv metr olan boş torpaq sahəsində mənə ayrılıb orada kiçik maqazin tikilməsinə köməklik göstərəsiniz.
Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!


