Gömrük Komitəsində yoxlama aparıldı - 700 milyonluq kəsir

16-02-2021, 00:00           
Gömrük Komitəsində yoxlama aparıldı -
Hüquq mühafizə orqanları Vergilər Nazirliyi ilə birgə DGK-da yoxlamalar aparıb.

Ovqat.com-un əldə etdiyi məlumata görə, yoxlamanın nəticələri hakimiyyətin yüksək pillələrində oturanları belə şoka salıb.

Məlumata görə, aparılan yoxlamalar zamanı 700 milyon manatdan çox kəsir aşkarlanıb. Özgə vaxt “mənim fəaliyyətimdə korrupsiya faktı tapın, istefa verim” deyən DGK-nin sədri general Səfər Mehdiyev kəsirin hansı səbəbdən yarandığına aydınlıq gətirə bilməyib.
İddialara görə, kəsrin büdcəyə olan ödənişi əhatə etdiyi üzə çıxıb və onun hansı DGK rəhbərliyi tərəfindən mənimsənildiyi aşkar edilib. Əsas günahkarın indiki rəhbərlik olduğu müəyyənləşdirilib. Rəhbərliyə qısa zaman ərzində kəsirin ortadan qaldırılması tapşırığı verilib. Məlumata görə, DGK-də korrupsiya faktlarının araşdırılması hazırda da davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru