Xəstəxana 1 ton suyu 5 manata alacaq: 2 tenderi 3 aylıq şirkət qazandı - FOTO

17-02-2021, 04:31           
Xəstəxana 1 ton suyu 5 manata alacaq: 2 tenderi 3 aylıq şirkət qazandı - FOTO
Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanası içməli və texniki suyun alınması ilə bağlı 2 satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, hər iki tenderi "Paradoks-LTD” MMC udub. Tenderlərin ümumi məbləği 97 min 225 manat olub.
Şərtlərə görə, 18810 manata 3800 ton içməli su, 78448.5 manata isə 17433 ton texniki su xəstəxananın su anbarına tökülməlidir. Yəni, içməli suyun 1 tonu xəstəxanaya 4,95 manata, texniki suyun isə 1 tonu 4,5 manata başa gələcək.

Qeyd edək ki, tenderi qazanan "Paradoks-LTD” MMC 23.11.2020 tarixində yaradılıb. 10 manat ilkin kapitala malik MMC ilə bağlı internet resurslarında hər hansı bir məlumat yoxdur.
Yeni yaradılan şirkətin "Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə hansı səviyyədə cavab verdiyi bilinmir. Amma 3 ay əvvəl yaradılan şirkətin bir gündə eyni qurumdan 2 tender qazanması şübhələrə əsas verir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.