Cəlilabadda Mirdaməd Məmmədov və «komandası»

10-02-2016, 01:55           
Cəlilabadda Mirdaməd Məmmədov və «komandası»
Suvarma Sistemləri İdarəsinin müdiri qardaşları ilə birlikdə rayonu dağıdırlar

Cəlilabad Suvarma Sistemləri İdarəsinin rəisi Mirdaməd Məmmədovun necə suçu olduğu hər kəsə bəllidir. Minlərlə hektar torpaq sahələrinin suya ehtiyacı olduğu vaxtda, idarə rəisini yerində olmaması və ya pul qarşılığında bu işləri həyata keçirməsi artıq əkinçilərin də canını boğaza yığıb.

teref.az yazır ki, demokratiya.info xəbər verir ki, Məmmədovun iş prinsipləri sırasında xeyli sayda maraqlı məqamlar var. Onlardan biri suvarılması nəzərdə tutulan ərazilərin sənəd üzərində suvarıldığının qeyd olunmasıdır. Bunun üçün hər nə qədər büdcə pulunu silməyə nail olan idarə rəisi, həmçinin suvardığı sahələrin də pulunu qabaqcadan almadan addım atmır.

Məlumatlarda vurğulanır ki, Mirdaməd Məmmədovun bir başqa «özəl» tərəfi də var. Bu da onun «komandası» ilə birlikdə hərəkət etməsidir. Cəlilabad Suvarma Sistemləri İdarəsinin müdiri qardaşları ilə birlikdə rayonu dağıtmaqla məşğuldurlar. Hərəsinə bir iş tapşırmış Məmmədov onlarla birlikdə xeyli sayda əmlaka və imkana sahib olub. Elə bu səbəbdəndir ki, qardaşların Cəlilabadda hektarlarla torpaq sahəsi, xeyli sayda evləri (Bakı və Cəlilabadda) və gündəlik gəlir gətirən obyektləri mövcuddur.

Mənbələr bildirir ki, Mirdaməd Məmmədovun işləri bununla da yekunlaşmır. Onun başqa «özəl» tərəfləri də var ki, bu barədə növbəti yazımızda qeyd edəcəyik.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.