"İcra başçısı özünü qanundan üstün sayır"- Nəsimidə gecə ilə evləri sökən qoçular VİDOREPORTAJ

12-03-2021, 00:22           
"İcra başçısı özünü qanundan üstün sayır"-
Nəsimi rayonunda tikinti şirkətlərinin özbaşınalığı davam edir. Gecə ilə evlər sökülür, məhkəmə qərarı olmadan vətəndaşların əmlakı darmadağın edilir.
Musavat.com olaraq bu mövzuları bir neçə dəfə ictimailəşdirmişik. Amma nə icra hakimiyyəti, nə müvafiq qurumlar, nə də tikinti şirkəti vətəndaşların problemini həll etmir.
Aylardır evlərindən çıxarılan vətəndaşlarla heç kim maraqlanmır. Nəsimi Rayon İcra hakimiyyəti isə bütün bu baş verənlərə göz yumur.
Narazı vətəndaş Mansur Ələkbərov deyir ki, icra başçısı Asif Əsgərov rayonu öz "qanunları" ilə idarə edir: "Özlərini qanundan üstün sayırlar".
Mülkiyyət hüququ pozulan, tikinti şirkətinin təklifi ilə razı olmadığı halda evi sökülən vətəndaşlar yeganə çıxış yolunu ölkə başçısına müraciət etməkdə görürlər.

Qeyd edək ki, adı çəkilən tikinti şirkətlərinin özbaşınalığı bununla bitmir. Növbəti reportajlarımızda vətəndaşları naraht edən bu mövzunu gündəmdə saxlayacağıq.
Mövzu ilə bağlı hazırladığımız videoreportajı təqdim edirik.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru