Sürücülər cəriməni hissə-hissə ödəsinlər — TƏKLİF

13-02-2016, 10:49           

Həm vətəndaşa, həm də dövlət büdcəsinə xeyirdir.

İnzibati xətaya görə yazılmış cəriməni sürücüdən birdəfəyə ödənilməsi tələb edilir. Belə olduqda sürücülər bəzən cəriməni ödəyə bilmir və nəticədə həmin cərimənin üstünə əlavə faiz gəlir. Bu da inzibati xətaya görə yazılmış cərimələrin hissə-hissə ödənilməsi məsələsini gündəmə gətirib.

teref.az Xəzər xəbər-ə istinadən xəbər verir ki, millət vəkili Fazil Mustafa cərimənin kredit şəklində ödənilməsini təklif edir.

Millət vəklinin sözlərinə görə, cərimənin ödənilməməsi dövlət orqanını daha çox ziyana salır. Ona görə də cərimənin hissə-hissə qaytarılması həm vətəndaşa, həm də dövlət büdcəsinə xeyirdir.

Fazil Mustafanın təklifi sürücülərin də ürəyincədir. Onlar da hazırkı vəziyyətdə cərimənin kredit şəklində qaytarılmasını müsbət qiymətləndirirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.