40 ailə ölkə başçısına müraciət etdi

13-02-2016, 12:05           
40 ailə ölkə başçısına müraciət etdi
«Yaşadığımız yataqxana uça bilər»

Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 87 ünvanda yerləşən 1 saylı yataqxananın 40 nəfər sakini ölkə başçısı Ilham Əliyevə müraciət edib. Müraciətin bir surəti “Azadlıq”ın redaksiyasına göndərilib. Sakinlər bildirir ki, Sahibəli adlı şəxs yataqxana ərazisində tikinti işlərinə başlayıb.

Onun apardığı tikinti yataqxana binasının qəzalı vəziyyətə düşməsinə səbəb olub. “Biz etiraz etdik, tikintini müvəqqəti dayandırdı. Indi yenidən işə başlayıblar. Ondan tələb edirik ki, bizi köçürsün, mənzillə təmin eləsin sonra tikinti aparsın. Çünki onun apardığı tikintinin üzündən bina qəzalı vəziyyətə düşüb. Orada yaşamaq təhlükəlidir. Tikinti davam edəcəyi təqdirdə bina uça bilər. Amma bütün bunlar Sahibəli adlı şəxsin vecinə deyil”, – deyə sakinlər bildirir.


Onların sözlərinə görə, yataqxanada yaşayanlar məcburi köçkünlərdir: “Bizim ayrı mənzilimiz yoxdur. Məcburi köçkün olaraq yataqxanada məskunlaşmışıq. Indi buranı bizə çox görürlər.

Cənab prezident, sizin sərəncamınıza görə bütün köçkünlər evlə təmin olunmalıdır. Baş verənlərlə bağlı müvafiq qurumlara müraciət etsək də, heç bir nəticəsi yoxdur. Xahiş edirik ki, bu məsələni diqqətdə saxlayasınız”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.