Cəlilabad rayonunda Təhsil Nazirliyinin nümayəndəsinə təzyiqlər edilib- İTTİHAM
13-02-2016, 22:47
teref.az-nun elektron poçtuna Cəlilabaddan məlumat daxil olub. Cəliabaddan məlumat verən mənbəmiz yazır:
"Cəlilabad Rayon təhsilindən edilən çoxsaylı şikayətlərdən sonra nəhayət Təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə Elmir Həsənovun rəhbərliyi ilə Cəlilabad rayon Göytəpə şəhər 1 saylı məktəbdə manitorinq aparılmışdır. Manitorinq nəticəsində xeyli miqdarda neqativ hallar aşkarlanmış və bu barədə aktlar tərtib edilərək məsul şəxslərdən izahat alınıb."
teref.azya məlumat verən mənbə sonra yazır:
"Aparılan araşdırma nəticəsində məlum olmub ki, Təhsil nazirinin nümayəndəsi Elmir Həsənova müxtəlif vasitələrlə təzyiqlər edilmib amma bu onun obyektivliyinə xələl gətirmıyibdir.Təhsil işçiləri olaraq bu cür kadrlara sahib olduğumuza görə qürür duysaqda əldə etdiyimiz məlumata görə Göytəpə 1 saylı məktəbin dərs hissə müdiri Elmira Abbasova oğlu Raqif Abbasov vasitəsilə Təhsil Nazirinin müavini Ceyhun Bayramova zəng etdirərək məktəbin direktoru Reyhan Cəfərovanı tapşırtdırıb. Qeyd edək ki, Raqif Abbasov Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəsidir. Bütün bunlara baxmayaraq inanırıq ki, bu cür tapşırmalar Elmir Həsənovun obyektivliyinə təsir göstərməyəcək."
Cəlilabad rayonunda təhsillə bağlı yazdığımız tənqidi məqalələr öz təsirini göstərdiyi göz qabağındadır. Bizdə inanırıq ki, hörmətli nazirimiz Mikayıl Cabbarov araşdırmaıarın nəticələrini diqqətə alaraq lazımı tədbirləri görəcək! Hörmətli Reyhan xanıma nə qədər zəng etsəkdə telefonu qaldıran olmadı.
Lakin buna baxmayaraq teref.az olaraq qarşı tərəfində fikirlərin dinləməyə hazırıq
teref.az