Kəmaləddin Heydərovdan narazı sakinlər ərəbləri Lerikə dəvət etdilər - "Çadırınızı da götürün bura gəlin..." - VİDEO

30-03-2021, 00:00           
Kəmaləddin Heydərovdan narazı sakinlər ərəbləri Lerikə dəvət etdilər -
Lerik rayonu Piran kənd sakini Bayramov Altay Ərəstun oğlu ərəb turistlərə videomüraciət ünvanlayıb.

AFN-ə göndərdiyi videoda kənd sakini bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ölkəmizə gələn ərəb dostları Lerikə ova gəlsələr razı qalarlar: "Əziz ərəblər! Bizdə ov üçün hər cür şərait var. Bura gəlin, həm də burdakı vəziyyətdən xəbəriniz olsun. 2018-ci ilin noyabrında bura yağan intensiv yağışlar nəticəsində bizim evin yanında güclü sürüşmə baş verdi. Bununla bağlı FHN-ə müraciət etmişik, məlumatları var. Hadisədən 1 il sonra 2019-cu ildə bizə bildiriblər ki, evimiz təmirə düşür. Ötən dövr ərzində isə heç bir iş görməyiblər. Biz onlara o qədər məktub yazmışıq ki, o məktubları evimizdən sürüşmə ərazisinədək düzsək, çatar da, artıq da qalar.
Əziz ərəblər, sizdən bir xahişimiz də var: gələndə çadırlarınızı da gətirin, Kəmaləddin müəllim bizə ev tikməsə quraq orda yaşayaq".
Ətraflı aşağıdakı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru