Qarabağ müharibəsi əlilini Nizami rayonunda aldadıb necə soydular? – Prezidentə MÜRACİƏ
5-04-2021, 07:03

Bakı, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, bina 9, mən.133-də yaşayan 1-ci Qarabağ Müharibəsi qazisi,II qrup müharibə əlili Məmmədov Vüqar Bəşarət oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova, Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Maliyyə naziri Samir Şərifova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya,“Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid ailələri” İB-nin sədri Mehdi Mehdiyevə və müstəqil Kütləvi İnformasiya Vasitələrinə Cəbrayıl qaçıqını olan Şirinov İzzətin “Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri”İB-nin Nizami rayon şöbəsinə aid dağılmış yeri ona 41521 manata tikdirib istifadəyə verildikdən sonra zorakılıqla əlindən alıb şəxsi əşyalarını oğurlamasından, hər ay icarə haqqı olaraq ona verdiyim 4900 manat pulun şəhid ailələrinə deyil, şəxsən özünün mənimsəməsilə bağlı müraciət ünvanlanıb.
Aktualinfo.org vətəndaş Vüqar Məmmədovun müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:
Mən 11 ildir ki, Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində bir şöbəni götürüb xırda ticarətlə məşğul olurdum. Məlum 2019-cu ilin mart yanğınından sonra bu ticarət mərkəzindəki bütün əmlakımız tam yandı. Bizə cəmi 35000 manat təzminat ödənildi. Mən bu pulla yenidən bir ticarət yeri açmaq üçün əvvəlcə işlədiyim yerə yaxın olan “Diqlas” TM-nin arxasındkı Nizami rayonu üzrə Qarabağ Əlillər Cəmiyyətinə məxsus- balansındakı istifadəsiz qalmış, təmirsiz, dağlıb –tökülən 18x13m ölçüdə olan boş ərazidə yenidən bir ticarət obyekti açıb işlətmək üçün əlimdə olan nağd 41520 manat pulu buranın tikintisinə yatırdım. Və məsləhət gördülər ki, əvvəllər bu ərazidə alverdən yığılan pulların qazancı olaraq əlillər Cəmiyyətinə yer sahibi kimi hər ay 1000 manat pul köçürürdülər. Mən də istədim ki, burada yenidənqurma işləri apardıqdan sonra Cəmiyyətə hər ay ən azı 5000 manat ödəyim. Ona görə də tikinti işləri tamamlandıqdan və istifadəyə verildikdən sonra Cəmiyyətin hesabına köçürülüməsi üçün Cəmiyyətin Nizami rayonu üzrə sədr müavini olan İzzət Şirinov adlı şəxsə hər ay olaraq nağd pul verirdim. Qeyd edim ki. burada yenidən dəmir konstruksiyalar, asfalt, taxta, dəmir və plastik materiallardan istifadə etməklə 13 ədədə xırda ticarətotağı yaratmış, 2-ci mərtəbədə isə 2 otaqlı ofis yeri yaratmışdım. Mən cəmiyyətin sədr müavini ilə ayı 5000 manat icarə haqqını şifahi razılaşma əsasında 3 ay özüm tək işləyib ödədim. Bundan əlavə isə mənə düşən qazancdan İzzətə də verirdim ki, gələn qazancda onun gözü qalmasın. Lakin buna baxmayaraq 22 marta qədər belə işlədim. 22 mart günü isə İzzət ofisə gələrək bildirdi ki, “Vüqar sənin burada heçnəyin qalmayıb.açarları ver, özün də çıx get evinə və bir daha buralarda görünmə” Mən şoka düşdüm və etiraz etdikdə isə iki dəfə ağır çəkisinə görə qəfil olaraq möhkəm yumruq zərbəsilə ürəyimin üstündən vurdu. Bir anlıq zərbədən hüşümü itirdim. Açarları vermədən çıxıb evə getdim. Qeyd edim ki, 22-də işə gələndə ofisdə bütün hesab kitablarım, sənədlərimin hamısını İzzət məndən soruşmadan oğurlayıb aparmışdır. Soruşanda bildirdi ki, guya baş idarədən istəyiblərmiş.
Səhəri gün ofisə gələndə gördüm ki, qapıların kilidi dəyişdirilib. Dərhal da DİN-nin 102 xidmətinə zəng edib şikayət etdim.Məni Nizami RPİ-nin 24-cü Polis Bölməsinə dəvət etdilər. İzahat verdim. Oradan çıxıb sahə müvəkili olan Şahin müəllimə də məlumat verdim. Çox təəssüf ki, indiyədək heç bir tədbir görülmədi. Sahə müvəkkili bu gün zəng edib deyir ki, bu mülki məslədir.son 9 gün ərzində İ.Şirinov mənim ofisə qoyduğum ofis –kuxna mebellərini, sərinləşdiricini, kompüter və 8 kameralı müşahidə aparatını , televizor və s. əşyalarımı hara etdiyi barədə məmulat vermir. Əmlaklarımı özümə də qaytarmadan özbaşına mənimsəyir. İzzət telefonda mənə hədə-qorxu gəlmişdir ki, get hara istəyirsən şikayət et, sənin burada heçnəyin yoxdur. Qeyd edim ki, mənim 0-dan qurub yaratdığım bu balaca ticarət yerinin adını da doğma kəndimin adına “Göynük” qoymuşdum. Təəssüf ki, İzzət bu plakatımı da oğurlayıb harasa aparmışdır. Hələ bu azmış kimi izzət indi də mənə şər-böhtan atır ki, bu yerin yenidən qurulması üçün guya bu adam mənə 64700 manat pul veribmiş. Bütün bu yerdə işləyənlər şahiddirlər ki, İzzət nəinki mənə heç kəsə 1 manat verən tip deyil. Onun pulu olsaydı buraları çoxdan tikib istifadə edərdi. İndi görünən budur ki, o məni buranın yenidən tikintisi üçün əvvəlcə şərait yaratmış, özümə yaxın ticarətçiləri cəlb etməyimi gözləmiş və nizam tərəzi hazır olduqdan sonra bütün əşyalarımı, 41521 manata tikdiyim xırda şöbələri ələ keçirmək üçün mənə qarşı zorakılığa əl atmış, yumruq zərbəsi vurmuş, hədə qorxu gəlmiş, və zorakılıqla kilidləri dəyişərək məni iş yerimdən və ofisimdən qanunsuz uzaqlaşdırmış və şəxsi əşyalarımı ələ keçirmişdir.
Cənab Ali Baş Komandan mən də vaxtilə 1-ci Qarabağ mühribəsində iştirak etmiş və ağır yaralanmışam. 2-ci qrup əlil olmuşam,şəkər xəstəsiyəm. Ailəmə yalnız mən çörək aparıram. İndi məni zorakılıqla işimdən qovmuş, tikib yaratdığım ticarət obyektləri İzzət tərəfindən əlimdən alınmış, dəyərli şəxsi əşyalarım bu adam tərəfindən oğurlanaraq talan edilmişdir. Bu adam Qarabağ Əlillr Cəmiyyətinin adından istifadə edərək əvvəlcədən mənə qarşı planlaşdırdığı dələduzluq əməlini zorakılıqla həyata keçirmişdir. Sizdən xahiş edirəm ki, Şirinov İzzətin mənə qarşı törətdiyi cinayət əməllərinə hüquqi qiymətin verilməsi, şəxsi əşyalarımın özümə qaytarılması, şəhid ailələri üçün nəzərdə tutulan və hər ay ona nağd verdiyim 4900 manat mənimsədiyi pulların şəhid ailələrinə və tikintiyə qoyduğum 41521 manat pulun mənə qaytarılması üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Sağ olun.