Nazir Heydər Əsədovun "vertu" telefonla fotosu yayıldı
16-02-2016, 23:56
Kənd təsərrüfatı naziri Heydər Əsədovun "vertu" markalı telefonla fotosu yayılıb.
Qaynar.info xəbər verir ki, Heydər Əsədov Latviyanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuris Maklakovsla görüşüb.
Görüşdə əsas diqqət çəkən məqam isə Azərbaycanlı nazirin stolun üzərinə bahalı "vertu" telefonunu qoyması olub. Bu isə çəkilən foto zamanı diqqətdən qaçmayıb.
Marqlıdır rəsmi görüş zamanı, nazir hansı səbəbdən qiyməti bir neçə min dollar olan telefonunu nümayiş etdirmək istəyib?