Sahibkar “haqq” vermədi, zorlama ittihamı ilə üz-üzə qaldı

17-02-2016, 00:55           

“Məni bir sahibkar kimi şərləyiblər. İstədikləri də məndən pul qoparmaq olub. Verməmişəm, mənə qondarma ittiham elan ediblər. Guya bir qadını zorlamışam, guya ev sahibinin əşyalarını mənimsəmişəm” – bu sözləri redaksiyamıza müraciət edən Nərimanov rayon sakini Məcid Məcidov deyib.
Onun sözlərinə görə 2013-cü ilin aprelindən başlanan problemləri bu gün də davam edir: “Mənə tanımadığım nömrəıdən zəng gəldi. Danışan şəxs Səbayel Prokurorluğuna gəlməli olduğumu dedi. Ora getdim. Özünü prokurorluğun işçisi kimi təqdim edən şəxs dedi ki, Səbayel rayonu ərazisində sahibkarlıqla məşğulsa, ona görə də ildə 30 min manat bizə pul verməlisən. Tələb qanunsuz olduğuna görə razılaşmadım. May ayında isə məndən Səbayel polisinə İrina Bazaron şikayət etdi. Məni Səbayel Rayon Prokurorluğuna çağırdılar. İşi müstəntiq Müseyib Hacıyev aparırdı. Mənə ilk sözü “bura pul verməyəndə bilmirdin ki, belə olacaq” oldu.
1 həftə sonra isə heç bir sübut olmadan məni zorlamada ittiham edib həbs etdi. 2 ay guya istintaq getdi. Mən ittihamın saxta olduğunu əvvəl gündən deyirdim. Amma müstəntiq qulaq asmırdı. Hətta istintaq dövründə mənim vasitəmlə kirayəyə verilmiş və guya zorlama hadisəsinin baş verdiyi mənzilin sahibini də şantaj etdilər. Ondan hədə ilə əleyhimə ifadə aldılar ki, giya onun evində olan əşyaları mənimsəmişəm. Belədə ittiham aktında daha bir maddə - mənimsəmə əlavə olundu”.
M.Məcidov deyir ki, 2 ay sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi: “İş məhkəmədə araşdırılarkən məlum oldu ki, günahım yoxdur. Hətta məhkəmə xətşünaslı ekspertizası rəy verdi ki, cinayət işində 5 baxış və götürmə protokolunda hal şahidi Qalib Məmmədovun imzaları saxtalaşdırılıb. 14 ay iş geniş, ətraflı araşdırıldıqdan sonra 2014-cü il sentyabrın 12-də barəmdə bəraətverici əsaslarla hökm çıxarıldı”.
Prokurorluq hökmdən narazı qaldı və protest verdi: “Bakı Apelyasiya Məhkəməsində işə baxıldı. 30 dekabr 2014-cü ildə bəraət hökmü qüvvədə saxlanması haqda qərar verildi. Müstəntiq barəsində xüsusi qərardad çıxarıldı. Bundan sonra prokurorluq Ali Məhkəməyə protest verdi. Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib yenidən apelyasiya instansiyasına yolladı”.
M.Məcidov deyir ki, hazırda işə qeyri-obyektiv, qərəzli mövqedə olan məhkəmə tərkibi baxır: “Məhkəməyə şikayətçilər, şahidlər gəlmirlər. Barəmdə həbs qətimkan tədbiri seçmək istəyirlər. Hətta son məhkəmə iclasında vəkilim Adəm Məmmədov çıxış üçün vaxt istəsə də, vaxt verilmədi. Hakim təkid etdi ki, son sözümü deyim. İstəyirdi ki, hökm oxusun”.
M.Məcidov deyir ki, vəkilin təkidlərindən sonra onlara 1 gün vaxt verilib: “Cənab prezidentə müraciəty edirəm. Mənim belə bir saxta ittihamla üzləşməyim sırf sahibkarlıq fəaliyyətimlə bağlıdır. 2013-cü ildə məndən tələb olunan rüşvəti versəydim, bu gün bu qondarma məhkəmə prosesi də olmayacaqdı. Müstəntiq öz saxtakarlıqlarını ört-basdır etmək üçün Ali Məhkəmənin hakimi ilə sövdələşməyə gedib. Buna görə də işi əsassız yerə geri qaytarıb məni həbsə göndərmək üçün canfəşanlıq edirlər. Həbsim müstəntiqin qanunsuzluqlarının üstünü örtəcək”.
M.Məcidovun vəkili Adəm Məmmədov deyir ki, müvəkkilinin əməlində cinayət tərkibi yoxdur: “Hüquqlarının müdafiə etdiyim şəxsin əməlində cinayət tərkibinin olması istintaqda zərərçəkən kimi tanınan şəxsin ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmayıb. Bundan başqa Məcid Məcidov nə ibtidai istintaqda, nə məhkəmə istintaqaında özünü təqsirli bilməyib. Onun təqsirli bilinməsi üçün zərəçəkmiş şəxsin zxəsarət alması ekspert tərəfindən müəyyən olunmayıb. Eyni zamanda iş üzər hər hansı bir şahidin İrina Bazarona qarşı zorakılıq hərəkətinin baş verməsi təsdiqləyən ifadəsi də yoxdur. İrina Bazaron məhkəmədə ziddiyyətli ifadələr verib. İş üzrə zorakılkıq faktını sübut edən hər hansı bir sübut yoxdur”.
A.Məmmədov deyir ki, mənimsəmə ittihamının da heç bir əsası yoxdur: “İş materiallarına fotoşəkillər əlavə olunub. Həmin fotoşəkillər Məcid Məcidovun həbsindən sonra çəkilib. Fotolardan görünür ki, Məcid Məcidovun mənimsədiyi iddia olunan əşyalar mənzildədir”.istiqlal.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.