Neft hasilatı səviyyəsinin dondurulması qiymətlərə ciddi təsir etməyəcək - "Goldman Sachs"
17-02-2016, 14:05
ABŞ-ın "Goldman Sachs" bankının proqnozlarına görə 15 ildə ilk dəfə OPEC və digər ölkələrin neft hasilatı səviyyəsinin dondurulması ilə bağlı əldə etdiyi razılıq "qara qızıl"ın qiymətlərinə ciddi təsir etməyəcək.
"APA-Economics" xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuelanın birgə qərarına baxmayaraq, hələ də bazarda yüksək səviyyədə qeyri-müəyyənlik müşahidə olunur.
"Goldman Sachs"ın analitikləri hesab edir ki, verilən qərarın effektiv olması İran və İraqın neft hasilatından asılıdır.