Qazaxda yenə pul yığımı narazılığa səbəb olub... - Başçı rayonu dotasiya asılılığından azad etmək istəyir
18-02-2016, 13:41
Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri bitər-bitməz Qazaxda yerli məmurlar sahibkarlara qarşı "səlib yürüşünə" çıxıblar. Bu sözlər DİA.AZ-a daxil olan müraciətdə deyilir.
Sahibkarlar yazır: "Bu gün səhər saatlarından icra başçısı Ayaz Əsgərovun adından sahibkarlara müraciət olunub. Guya hər şey könüllülük əsasındadır və hər bir sahibkar, obyekt sahibi icra başçısının fonduna yardım etməlidir.
Doğrudur, məbləğ barədə şərt qoyulmayıb. Amma bilirik ki, "könüllülük" adı qoyulsa da, pul verməyənlərin başına oyun açılacaq".
Sahibkarlar dia.az-a bildirirlər ki, son zamanlar rayon icra hakimiyyətlərinin dotasiyalarının kəsilməsi barədə gəzən söhbətlər özünü ilk olaraq Qazaxda doğruldub: "Deyirlər ki, Bakıdan Qazaxa pul ayrılmayacaq. Ona görə də başçı rayonun büdcəsini formalaşdırır. Adını "FOND" qoyublar... Amma bu fonda kim və necə nəzarət edəcək bəlli deyil. Biz təbii ki, rayonumuzda pul qazanrıqsa, qazancımızda rayonumuza dəstək olmağa hazırıq. Amma hər şey rəsmi qaydada baş verərsə. Daha quldur kimi sahibkarlardan pul yığılmasın".
Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...