“Park Orman” restoranı əxlaqsızlıq yuvası imiş- FOTO
18-02-2016, 23:04
Bakıda məşhur restoranın əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi məlum olub. Bir neçə gün əvvəl restoranda əməliyyat keçirilib.
teref.az xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə, Nizami rayonu M.Abbasov küçəsində yerləşən “Park Orman” restoranında əməliyyat keçirilib.
Əldə etdiyimiz məlumata görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində restoranda əxlaqsız yuva saxlanması müəyyən edilib. Əməliyyat zamanı həmin restoranın Ağcabədi rayon sakini 1988-ci il təvəllüdlü Rəşad Əliyev tərəfindən işlədildiyi müəyyənləşdirilib.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Restoranda əxlaqsız yuvası aşkarlanması ilə bağlı cinayət işi başlanılsa da obyekt hazırda fəaliyyətini davam etdirir. Restoranın həyətində bir neçə kabinet var. Əxlaqsızlıq yuvası kimi də məhz bu kabinetlərdən istifadə olunur. Kabinetlərdə stol, stulla yanaşı divan da var.
Restoran əməkdaşları müştərilərə xanımla gəlməyin heç bir təhlükəsinin olmadığının təminatını da verirlər.
Restoranın kabinetlərində çay da içmək mümkündür. Lakin burada çay dəsgahı 15 manata təklif olunur.