Az.TV-də etiraz dalğası: Arif Alışanovdan prezidentə kütləvi müraciətlər

19-02-2016, 09:48           
Az.TV-də etiraz dalğası: Arif Alışanovdan prezidentə kütləvi müraciətlər
Əldə etdiyimiz məlumatlara görə Azərbaycan televiziyasında (Az.TV) rəhbərliklə işçilər arasında bir müddət öncə yaranmış narazılıq artan xətt üzrə davam edir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə rəhbərliyin xoşuna gəlməyən, şirkətin“qara kassa”-sına pul qazandıra bilməyən işçilər gözüm- çıxdıya salınır və işdən uzaqlaşdırılır. Az.TV sədri Arif Alışanov və onun əlaltılarının yarıtmaz idarə etməsindən boğaza yığılan əməkdaşlar və işdən qanunsuz çıxarılanlar isə narazılıqlarını prezidentə yazmaqda davam edirlər. Kütləvi şəkildə etiraz məktubları ilə müraciət edənlər Arif Alışanov və onun əlaltılarının əlindən zara gəliblər.
İşini itirən və itirmək qorxusu ilə üz-üzə qalan Az.TV əməkdaşları ölkə başçısından imdad diləyirlər. Hətta eləsi var ki, Az.TV rəhbəri Arif Alışanovun əlindən xəstə yatağından qalxa bilmirlər. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, narazılq o həddə çatıb ki, artıq Az.TV koridorlarında Arif Alışanova qarşı söz-söhbətlər açıq- aydın eşidilməkdədir. Arif Alışanovun səlahiyyət verdiyi sədr müavini Elsəvər Dünyamalıyev öz rəhbərindən də irəli gedərək gözünə pis dəyən əməkdaşları küncə sıxışdırır. Məcburiyyət qarşısında olanlar ərizə verərək işdən çıxırlar. Əslində Az.TV əməkdaşları “öz xahişləri” ilə ərizə yazmağa məcbur edilirlər. İşçilərə az maaş yazmaqla bərabər Arif Alışanova yaxın adamlara yüksək qonararlar yazılr. Hərc-mərclik, işçilər arasında ayrı-seçkilik davam edir. Xülasə bu gün ən ağır durumda olan və sədrin əzazilliyi altında əzilən AZTV əməkdaşları əlacsız olaraq prezidentdən imdad diləyirlər.
Prezidentə yazılan məktublarda qeyd edilir ki, AZTV rəhbərliyinin qanunsuz fəaliyyətinə hüquqi qiymət verilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırasınız.
P. S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.