KƏRƏM HƏSƏNOVUN MTN"IŞI"NDƏKI QOHUMLARI :ƏMLAK DOSYESI ELDAR MAHMUDOVUN ƏLINƏ NECƏ ULAŞDI - ŞOK TƏFƏRRÜAT
19-02-2016, 16:50
"MTH işi" ilə bağlı əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənovun gəldiyi barədə məlumat vermişdik. teref.az Anaxeber.az-a istinadən bildirir ki, Kərəm Həsənovla- Eldar Mahmudov arasında həm biznes, həm də digər "işgüzar" münasibətlər olub. Məsələn, "Azinko-Holdinq" üzərindən şərikli olan tərəflər, yaxın qohumlarını da iş başına gətiriblər. Kərəm Həsənovun hal hazırda MTN-də iki vacib adamı çalışır və onların hər ikisi məhz komitə sədrinin sabiq nazirdən etdiyi xahişlərə əsasən mümkünləşib. Bir də ortada biznes ortaqlığı varsa, Eldar Mahmudov da hər hansı bir jest edə bilər.
Bundan başqa Kərəm Həsənovun MTN-də çalışan qohumlarından biri qardaşıdır. Şahin Həsənov hazırda nazirliyin Beynəlxalq Əlaqələr Şöbəsinin rəisidir. Lakin maraqlıdır ki, bu adam heç bir xarici dil bilmir. Normativlərə görə, belə şöbələrdə çalışanlar ən azı iki dil bilməlidirlər.
İkinci qohumu isə qudasıdır ki, hazırda MTN-də Baş İdarə rəisinin müavini vəzifəsini daşıyır. Məlumata görə, Kərəm Həsənovun qudası uzunmüddət DYP sistemində çalışıb və kapitan rütbəsinə qədər yüksəlib. Qohumluq əlaqələri yarandıqdan sonra isə Eldar Mahmudov sayəsində vəzifə başına çəkilib. Yəni, DYP-dən MTN-ə yüksək vəzifəyə gətirilib.
Bildirilir ki, Kərəm Həsənov MTN ətrafında baş verənlərdən çox ciddi şəkildə narahatdır. Yaxınlarının dediyinə görə, işin bir ucunun gəlib ona çıxacağından çox şübhəlidir. İddialardan biri də budur ki, Kərəm Həsənovla Eldar Mahmudov sahibkarların başına oyun açılması prosesində də da yaxından iştirak edib.
İddia edilir ki, MTN hər hansı bir sahibkarı həbs edib, pulunu qoparmaq istəyirmişsə, əvvəlcədən onun haqqında bütün məlumatları toplayırmış. Mənbənin sözlərinə görə, bu zaman təkcə əməliyyat məlumatlarından deyil, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin imkanlarından yararlanıblar. Əhalinin əmlaka dair məlumatlarının bazası MTN-də də olub.
Bildirilir ki, Kərəm Həsənovla Eldar Mahmudov arasında olan anlaşmaya əsasən saxlanılıb, pulu alınacaq adamın bütün əmlakının siyahısı çıxarılıb, haqqında əlavə bilgilər də daxil edilib, dosye şəklində komitə sədrinin MTN-dəki qudasına göndərilirmiş və o da lazımi adamlara çatdırırmış...teref.az
ARDI VAR
Qarşı tərəfidə dinləməyə hazırıq