Azərbaycan bayrağının dövlət idarəsindəki biabırçı vəziyyəti - FOTOLAR

20-02-2016, 20:49           

Xətai rayonu, Gəncə prospektində yerləşən "Azəristilik ASC"-nin istilik məntəqəsi bərbad vəziyyətdədir. Kənardan baxdıqda xarabalığı xatırladan bu məntəqənin qarşısında başqa bir utancverici mənzərə var.

Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, idarənin qarşısında asılan Azərbaycanın üç rəngli bayrağının vəziyyəti bibarıçı haldadır. İllərdir idarənin qarşısına asılan bayraq cırılıb, yararsız vəziyyətə düşsə də, bu hal idarə əməkdaşlarını narahat etmir.

Qeyd etdiyimiz vəziyyəti əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılıb və etiraza səbəb olub.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.