Bakcell cibimizə girməyin yeni üsulunu tapıb
21-02-2016, 12:08
Mobil operatorun analoqu olmayan yeni internet fırıldağı üzə çıxıb
Ənənəvi olaraq, abonentlərini müxtəlif problemlərlə üz-üzə qoyan Bakcell yenə də abunəçilərini aldatmaqla məşğuldur. Artıq sosial şəbəkələrdə, internet xəbər saytlarında şirkətin ünvanına yüzlərlə şikayət məktubları daxil olur.
teref.az yazır ki, azxəbər.com-un redaksiyasına daxil olan məlumatda da, şirkətin müştərilərin cibinə girmək üçün yeni üsula əl atdığı qeyd olunur. Bundan öncə danışıq dəqiqələrinində müxtəlif maxinasiyalar edən mobil operatorun “Whatsapp” ın zəng xidməti çıxması ilə gəlirləri azalmağa başlayıb. Buna görə, bir müddət ölkədə qeyri-qanuni yollarla mobil operatorlar “Whatcapp” ın zənglərinə qadağalar qoymağa başladılar. Ancaq beynəlxalq normaların belə feodal üsulla tapdalanmasından sonra mobil operatorlar tənqid atəşinə tutuldu. Və ictimai rəy operatorları geri addım atmağa məcbur etdi.
İndi isə şirkət itkilərini kompenasasiya etmək üçün abunəçilərin internet paketlərindəki mb-ları məharətlə mənimsəməyə başlayıb. Belə ki, redaksiyaya şikayətlə müraciət edən vətəndaşın sözlərinə görə mobil operator öncədən alınan internet paketinin bitməsi ilə bağlı abunəçiyə heç bir xəbərdarlıq mesajı yollamır. Əslində isə öncələr bu mesajlar abunəçilərə göndərilirdi və bununla vətəndaş istifadə etdiyi internet paketinin bitdiyini görüb internet xidmətini bağlayırdı.
İndi isə şirkət müştərilərinin cibinə girmək üçün mesajları müxtəlif bəhanələrlə abunəçilərə göndərmir. Nəticədə internetin açıq qalması balansdakı bütün məbləğin silinməsi ilə nəticələnir.
Şikayətçinin sözlərinə görə, o özü “055-836-..-36” nömrəsi ilə dəfələrlə “Bakcell”in “555” xidmətinə zəng vuraraq məlumat əldə etmək istədiyini söyləyib. Şirkətdən ona bu barədə məlumat veriləcəyi deyilsə də, heç bir məlumat abunəçiyə verilməyib:
“Fevralın 19-da saat 17:14-də balansıma 5 manatlıq kontur yüklədim. İki kreditim olduğu üçün həmin an balansımdan 2 manat 40 qəpik çıxıldı. Təxminən iki saat sonra isə internet paketimin qaldığını düşünüb internet xidmətini aktivləşdirdim. İnternetin zəyif olmasından sonra mb-ın bitdiyini anladım. İnterneti bağladım və mənə balansımda 0 manatın qalması ilə bağlı xəbərdarlıq gəldi. Əslində isə mən heç 30 saniyyə internetdə qalmamışdım, amma yenə də bu qədər məbləğin hansı hesablama mexanizmi ilə silindiyini müzakirə etmək ayrıca bir məsələdir. Mesajlar bölməsinə baxdım və xəbərdarlıq SMS-nin gəlmədiyini gördüm. Bu problemlə bağlı “555” xidmətinə zəng etdim. Bütün məlumatı onlara verəndən sonra araşdırılacağını dedilər. Heç bir xəbər çıxmadığı üçün yenidən davamlı zənglər etdim. Təkid edib dəfələrlə zəng edəndə isə, yalandan mesajı göndərdiklərini və problemin telefondan qaynaqlandığını deyirlər. Yəni sistem öz əllərində olduğu üçün istədiklərini edir, bizim cibimizdən pullarımızı oğurlayırlar. Biz isə heç yerə şikayətimizi deyə bilmirik. Vətəndaşları istədikləri kimi aldadır, istədikləri kimi pullarını oğurlayırlar. Ölkədə isə heç bir qurum onlara gözlərinin üstündə qaşlarının olduğunu deyə bilmir”.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az