"Azəriqaz" - da struktur dəyişiklikləri idarəyə mənfi təsir edir - İTTİHAM

21-02-2016, 22:56           
"Azəriqaz" - da struktur dəyişiklikləri idarəyə mənfi təsir edir - İTTİHAM
teref.az-nun poçtuna "Azəriqaz" İB-ndə gedən struktur dəyişilkliklərinin bu idarəyə necə mənfi təsir göstərməsi ilə bağlı konkret faktlarla şikayət daxil olub.
teref.az olaraq bu məktubu sizə təqdim edirik:
"Azərbaycan Dövlət Neft Şirkətinin struktur bölməsi olan Azəriqaz İstehsalat Birliyində yaxin günlərdə struktur dəyişikliyi gözlənilir. Buna səbəb olaraq bir necə il bundan öncə aparilan struktur dəyişiklıyinin effekt vermədiyi bildirilir. Struktur dəyişikliyi plan üzrə 8 regional qaz istismar idarəsinin yaradilmasi ilə nəticələndi. Bunlar Zaqatala RQİİ, Salyan RQİİ, Xacmaz RQİİ, Tərtər RQİİ, Gəncə RQİİ, Ağsu RQİİ və Şəmkir RQİİ-dir. Hər regional qaz istismari idarəsinə 7, 8, 9 rayon xidmət sahələri tabe edildi. Rayon qaz idarələrində iş təcrübəsi olan işcilərin regional qaz idarələrinə göndərilməsi işlərin keyfiyyətini sürətlə aşağı saldı. Məsələn ucqar dag rayonu olan Agstafa Qaz İstismari İdarəsinin mühəndisi Şəmkir Regional Qaz İstismar İdarəsinə mühəndis kimi göndərildi. Məcbur göndərilən işcilər müəyyən bəhanələrlə xəstəxanalarda bülleten acdirmaqla günlərini kecirirlər. Buda iş səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olub. Umumi götürdükdə əhali abonentlərindən sərf edilən qazin dəyərinin ödənilməsi kecmiş illərə baxanda xeyli zəifləyib. Qaz kəmərlərində yaranmış qaz itkilərinin coxalmasi, vətəndaşların ərizə və şikayətlərinin baxılmaması, strukturun cökməsinə səbəb olub. Təsəvvür edin Ağstafa rayonundan hansisa fiziki şəxs qaz alqi satqisi müqavilə baglamagdan ötrü müəyyən vəsait xərcləyərək Şəmkir RQİİ-yə gəlir. Ancaq əvvəllər belə deyildi, fiziki şəxslərin müqaviləsi elə rayonlarda baglanirdi. Buda həm əhali abonentlərinə həmdə fiziki şəxslərin haqli narazılığına səbəb olub. Ədalət Əsədov"
teref.az olaraq qarşı tərəfin fikirlrəinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.