Xəstə gəlib ölü gedən kasıblar MƏCBURİYYƏTİ

22-02-2016, 13:46           
Xəstə gəlib ölü gedən kasıblar MƏCBURİYYƏTİ
Ölkəmizdə müasir standartlara cavab verən xəstəxanalarla yanaşı, təəssüflər olsun ki, bərbad vəziyyətdə olan səhiyyə ocaqları da az deyil.
Mətbuatın məlumatına görə, sakinlərdən birinin öz “facebook” səhifəsində “Günümüzün reallığı” adı altında paylaşdığı fotolar buna bir daha sübutdur. ” Sumqayıt Şəhər Onkoloji Xəstəxananın vəziyyətinə nəzər salsaq, burada nəinki, xəstə adam sağalmaz, hətta, sağlam adam xəstəlik tapar.
Sumqayıtda yerləşən bu müəssisədə xəstələri sağaltmaq üçün heç bir yeni avadanlıq yoxdur. Ümumiyyətlə, xəstəxana xəstə qəbul etmək iqtidarında deyil. Halbuki, orada xəstə də var, tibb işçiləri də…
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, ölkəmizdə fəaliyyət göstərən bütün xəstəxanalar mütəmadi olaraq, təmir olunur. Qalan tibb müəssisələrinin isə yaxın vaxtlarda təmir olunacağı gözlənilir.
“Son bir neçə il ərzində 600-ə yaxın tibb müəssisəsi əsaslı təmir olunub və ya yenidən tikilib. Lakin təmirə ehtiyacı olan müəssisələr də var ki, onların da təmir və yenidən tikilişinə dair təkliflər verilib. Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın layihəsində Sumqayıt Şəhər Onkoloji Xəstəxanasının tikintisi Səhiyyə Nazirliyi tərəfindən nəzərdə tutulub”, – deyə qurumdan bildirdilər.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.