Həftə sonu yolda qalanlar: Hamının taksiyə pulu var? – FOTO

29-05-2021, 16:22           
Həftə sonu yolda qalanlar: Hamının taksiyə pulu var? – FOTO
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dandırılıb. Bu səbəbdən də həftə sonları dayanacaqlarda “manatlıq taksi” gözləyən yüzlərlə insan gözə dəyirdi.

Teref.az xəbər verir ki, son günlər “manatlıq taksi” ilə bağlı tətbiq olunan qadağalar həftə sonu insanların işini daha da çətinləşdirib.

Hazırda paytaxtın ən sıx nöqtələrində biri olan “Koroğlu” metrostansiyasının ətrafında yüzlərlə insan mənzil başına çatmaq üçün gözləyir. İctimai nəqliyyat yox, “manatlıq taksi”lər də qadağan edilib…

Səhər saatlarından etibarən sosial şəbəkələrdə bu məsələ ilə bağlı çoxsaylı narazılıq doğuran fikirlər yazılır.

Yolda qalan insanlar sual edir: “Biz işə necə gedək?”.

Ümid yalnız şirkət taksilərinə qalıb…//Musavat.com














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru