Neftçalanın icra başçısı Facebookda sərt status yazanları hədələyir
22-02-2016, 22:40
Neftçala rayon icra başçısı İsmayıl Vəliyev rayon haqqında sosial şəbəkələrdə sərt status yazanlara hədə-qorxu gəlir.
Bu barədə Modertor.az saytına adının çəkilməsini istəməyən Neftçala sakinləri məlumat verib.
Bildiriblər ki, Facebookda sosial problemlərdən gileylənən sakinləri icra başçısı kabinetinə gətizdirərək hədə-qorxu gəlir. Bir də Facebookda rayon haqqında status yazacaqları təqdirdə onları həbs etdirəcəyini deyir.
Sakinlər qeyd ediblər ki, başçı şəxsən özü saxta profillə Facebooku izləyir, rayon haqqında səhifələri nəzarətdə saxlayır.
Başçı qaz-işıq problemlərindən şikayərt edən sakinlərə tapşırıq da verir: "Gedin inkişafdan, tikinti-quruculuq işlərindən yazın, problemlərdən yazsanız sizi həbs etdirəcəm".