Ağcabədidə aksiya, əhali yolu bağladı - VİDEO, FOTO

22-02-2016, 23:53           
Ağcabədidə aksiya, əhali yolu bağladı - VİDEO, FOTO
Ağcabədi rayonunda işsiz və sosial müavinət ala bilməyən insanlar prospekti bağladılar, əraziyə polis gətirilidi.

Savash.org xəbər verir ki, agxeber.com saytının əməkdaşı Cavid Hacıbəylinin Ağcabədi rayonundan verdiyi məlumata görə 22 fevral səhər saatlarında işsiz və sosial müavinət ala bilməyən Ağcabədi sakinlərinin bir hissəsi Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin qarşısındakı Heydər Əliyev prospektini bağlayıblar, iş və sosial yardımların verilməsini tələb ediblər. Əraziyə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları gətirilib, Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini Rövşən Əhmədov, DSMF Ağcabədi şöbəsinin müdiri yolu bağlayan insanların tələblərini yerinə yetrilməsi vədini verdikdən sonra əhali DSMF Ağcabədi şöbəsinin inzabi binasınn qarşısına çəkilib. Amma buna baxmayaraq etiraz edən insanlar bu vədlərə inanmadıqlarını, boş vədlər əvəzinə konkret addımlar atılmasını istəyirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.