Ev tikdirmək üçün hansı sənədlər tələb olunur? - Ekspert AÇIQLADI

8-06-2021, 00:10           
Ev tikdirmək üçün hansı sənədlər tələb olunur? -
Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu ev tikdirmək üçün hansı sənədlər tələb olunması ilə bağlıdır.

Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov Lent.az-a açıqlamasında bildirir ki, ev tikdirmək istəyən şəxs Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq torpağın əsas sənədini təsdiq olunmuş şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etməlidir. Bu zaman torpaq sahəsində layihə çəkilmədən və çəkiləndən sonra layihə İcra Hakimiyyətinə göndərməlidir.

“Əgər torpaq hansısa rayon ərazisində yerləşirsə, o zaman layihəni həmin rayoun icra hakimiyyətinə göndərə bilərlər. 7 iş günü ərzində layihəyə cavab verilməlidir. Bu müddət ərzində səalhiyyətli şəxslər torpağın yerləşdiyi ərazidə kommunikasiya qovşaqlarının, yaxınlıqda yüksək gərginlikli elektrik xətlərinin keçib-keçmədiyi müəyyən etməlidir. Əgər bu mənada hansısa problem yoxdursa, tikintiyə başalamaq olar. 7 iş günü ərzində icra hakimiyyəti cavab verməsə belə, ev tikdirmək istəyən şəxs tikintiyə başlaya bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru