Kadırov postunu tərk edir

23-02-2016, 17:10           
Kadırov postunu tərk edir
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov yenidən bu posta seçilmək istəmir.

Publika.az xəbər verir ki, Kadırov bu barədə “Rus informasiya xidməti” radiostansiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, respublika rəhbərliyində daha peşəkar insanlar var.

“Kadırov bundan sonra davam etmək istəyirmi? Mən istəmirəm. İndi iqtisadi və sosial nöqteyi-nəzərdən başqa vaxtdır. Hesab edirəm ki, öz borcumu yerinə yetirdim. Komanda və ölkənin prezidenti var. Mən piyadayam. Əgər məndən bundan sonra xidmət etməyimi istəsələr, xidmət edəcəyəm, əks halda, vidalaşacağam”, - Çeçenistan prezidenti bildirib.

Kadırov 5 mart 2011-ci ildə Çeçenistan parlamenti tərəfindən respublikanın prezidenti vəzifəsinə təsdiq edilib. Vəkalət müddəti inauqurasiyanın keçirildiyi 5 aprel 2011-ci il tarixindən hesablanır. Beləliklə, Kadırovun səlahiyyətləri 5 aprel 2016-cı il tarixində başa çatır.

Prezident bir müddət əvvəl “Instagram” səhifəsində yazıb ki, yenidən namizəd olmaq barədə hələlik düşünməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.