Vergidən daha bir şikayətçi var - VƏTƏNDAŞ DANIŞIR

23-02-2016, 17:33           
Vergidən daha bir şikayətçi var - VƏTƏNDAŞ DANIŞIR
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi olmuş Vidadi Məmmədovun hökmü hələ də nazirlik üzərində qalırmış. Bu barədə DİA.AZ-a şikayət edən bərdəli sahibkarlar bildirir. Qarabağ mügharibəsi əlili olan və əslən Bərdə rayonundan olan sahibkar Əsədov Aqil Adil oğlu bildirir ki, uzun müddətdir Vergilər Nazirliyinin basqısı altındadırlar.

Qeyd edək ki, DİA.AZ olaraq bu barədə yetərincə informasiyaları diqqətinizə təqdim etmişik. Həmin FAKTLARDAN da aydın olurdu ki, hətta prezidentin göstərişlərinin belə ziddinə gedən Vergilər Nazirliyinin işçiləri bu gün sahibkarların qara kabusuna çevriliblər.

Redaksiyamıza müraciət edən bərdəli sahibkarlar dia.az-a açıqlamalarında iddia edir ki, onlar Azərbaycandan mal ixrac ediblər: "Biz Azərbaycanın adını bir sahibkar kimi uca tutmuşuq. Cənab prezidentimiz də bu gün Azərbaycanı ixrac edən bir ölkə kimi təşviq edir. Biz də bu işlə məşğuluq. Amma maləsəf bu gün Azərbaycanın vergi orqanları təkcə Bərdə rayonuna onlarla sahibkarı məhz qanunsuz vergi cərimələri səbəbindən hüquqi təftişə məruz qoyub. Neçəmiz barəsində məhkəmə qərarı çıxarılıb. Neçəmiz də məhkəmədəyik. Yəni vəziyyətimiz acınacaqlıdır".

Sahibkarlar dia.az-a bildirirlər ki, onlar artıq vəziyyətlərinin daha da gərginləşməməzi üçün etiraza da hazırlaşırlar: "Bizim başqa şansımız qalmayıb. Zamanında Bidadi Məmmədovun bizə qanunsuz olaraq kəsdiyi cərimələrə görə, bu gün onlarla sahibkarı "siliszə" çəkirlər. Bir araşdırsınlar. Bizim zərrə qədərində belə günahımız, qanunsuz əməlimiz varsa cəzamızı versinlər"

Sahibkarlar bildirir ki, bu gün onlar dərdlərini danışa bilmələri üçün Fazil Məmmədovdan görüş tələb edirlər: "Əgər nazir bizi qəbul etməsə, biz də kəfən geyinib, prezidentin qəbuluna düşəcəyik".

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.