İstənilən psixoloq,psixoterapevt bu sətirləri oxuyub sizdən narazı qalaraq deyəcək ki,adam affekt vəziyyətində olub və anlaqsizdir.

10-06-2021, 08:24           
İstənilən  psixoloq,psixoterapevt bu sətirləri oxuyub sizdən narazı qalaraq  deyəcək ki,adam affekt vəziyyətində olub və anlaqsizdir.
Teref.az olaraq psixoloq, elmlər namizədi Gülər Mikayılqızının məlum qazinin həkimlə arasında olan insidentlə bağlı Rey Kərimoğluna məktubunu dərc edirik! Gülər anım müraciətində yazır:
Rey Kerimoglu ,Sizə məktub yazmaq qərarına gəldim.
Hörmətli Rey Qardaşımız!
Yazırsınız ki, əsəbləri davam gətirməyib qadın həkimə hücum çəkən kontuziyalı, vaxtilə rabitə taqımınin komandiri olmuş, Nəcməddin Sadıqovun ordudan uzaqlaşdırdıgi, Zakir Həsənovun yenidən orduya qaytardığı,sonra səhhəti yol vermədiyi üçün əlillik pensiyası alan Qazi cəzalandırılsın.(?T.az)
İstənilən psixoloq,psixoterapevt bu sətirləri oxuyub sizdən narazı qalaraq deyəcək ki,adam affekt vəziyyətində olub və anlaqsizdir.O zaman nə cəza?Yəni, qanun da bunu demirmi?
Mən çox gözəl başa düşürəm ki, ölkəmizdə hələ də psixoloji maarifləndirmə aşağı səviyyədə dir.İnsanlarin böyük əksəriyyəti sadəcə öz diaqnozunu almayıb . Ümumiyyətlə, müharibə dövründə yaşamış insanların posttravmatik halları haqqında nə geniş danışılmır, nə də yazılmır.Bununla bağlı hələ də reabilitasiya proqramlarını hazırlanmamışdır.
Onu da deyim ki, Sizi də qınamıram. Həkim qadın olduğu üçün qadın hüquqları müdafiəçilərinin obyektinə çevrilmək istəmirsiniz.Tamam,sizi anlayıram.Lakin və amma...
- video səssizdir,qazını özündən çıxaran sözləri eşitmirik
-Qazinin psixi vəziyyəti rəsmi diaqnozlasdirilmayib.Buna baxmayaraq, müharibə iştirakçısı kimi artıq qurban və posttravmatik sindromludur.
Mən bir psixoloq, elmlər namizədi kimi yuxarıda qeyd olunanları nəzərə alaraq ,Sizdən xahiş edirəm ki, Qazının cəzalanmamasi və həkimlə barışması üçün əlinizdən gələni edəsiniz.
Allah köməyiniz olsun.
P.S.Fizioqnomika deyilən elm var. Üz cizgiləri nə əsasən insanın xarakterini aydınlaşdırır.Bu simaya baxın.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.