Vahid Əhmədov da əlilliklə bağlı yeni qanun layihəsinə qarşı çıxdı: nazir özü gəlib məruzə etsin!

12-06-2021, 01:27           
Vahid Əhmədov da əlilliklə bağlı yeni qanun layihəsinə qarşı çıxdı:
“Keçmiş nazir Səlim Müslümov pensiya ilə bağlı elə bir layihə təqdim etdi ki, bu günə qədər onun altından çıxa bilmirik”

Sozcu.az xəbər verir ki, bu fikirləri parlamentin növbədənkənar iclasında çıxış edən deputat Vahid Əhmədov “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

Deputat əllilliklə bağlı təklif də səsləndirib:

“Bu qanun layihəsi paket şəklində verilməlidir. Təklif edirəm ki, bir komissiya yaradılsın. Əmək və Əhalinin sosial müdafiəsi naziri özü gəlib bu məsələni məruzə etsin. Burda faizlər haqqında danışdılar. Baxaq görək ki, faizləri müəyyən etməklə nəyə nail olduq?! Biz Avropa ilə müqayisə edirlər. Avropaya çatmağımıza hələ çox var. Bu qanun üzərində ciddi iş getməlidir”.

Qeyd edək ki, deputatlardan Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliyə səs verməyəcəklərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru