"Bos Şelf"in işinə yarayanda dolların köhnə kursu yada düşür - fəhlələr etiraz edir

26-02-2016, 20:04           
"Bos Şelf"in işinə yarayanda dolların köhnə kursu yada düşür - fəhlələr etiraz edir
Azərbaycanda fəaliyyət göstərən Bos Şelf şirkətinin işçiləri prezident İlham Əliyevə müraciət ediblər. Gunxeber.com-a da daxil olan müraciətdə bildirilir ki, şirkətdə işçilərin hüquqları kobud şəkildə tapdanır. Fəhlələrin adından redaksiyamıza daxil olan müraciətdə bildirilir ki, rəhbərlik bir müddət əvvəl əmək haqlarınının artırılrılacağına söz versə də, buna əməl etməyib. Üstəlik işçilərlə kobud davranılır və maaşlar dollarlla hesablanır və köhnə kursla verilir. Yəni devalivasiyadan əvvəl olan kursla aparılır. Bundan başqa şirkətdə ayısekilik edilir. Yerli işçilər ixtisar olunur, xarici vətəndaşların isə sayı artırılır. Azərbaycan vətəndaşlarının maaşları ilə əcnəbilərin maaşları arsında kəskin fərq var. Əcnəbilərə daha çox əməkhaqqı ödənilir. Bütün bunlar isə şirkətdə ciddi narazılıq yaradıb və fəhlələri üsyan həddinə çatdırıb. Haqsızlığa etiraz edənlərə isə “gedin kimə istəyirsiniz şikayət edin” deyilir. Şirkətin fəhlələri prezident İlham Əliyevə müraciət edərək ondan kömək istəyirlər. Fəhlələr inanırlar ki, prezident onların bu müracəitini nəzərə alacaq və Bos Şelfdəki vəziyyəti nəzarətə götürəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.