Sumqayıtda JEK rəisi dəmir satır?

26-02-2016, 22:42           
Sumqayıtda JEK rəisi dəmir satır?
Sumqayıtda Zakir Fərəcovun yeni söküntü əməliyyatından MİS rəisləri də deyəsən karlı çıxacaqlar. Belə ki, Sumqayıt şəhəri, 17 saylı MİS rəisi Abdin Əliyev camaatın hasarlarını söküb dəmirləri satmaqla məşğuldur. Aldığımız məlumata görə, MİS rəisi bu addımını da icra başçısının adı ilə bağlayır, “Prezident xalqı incitməyin deyir, siz niyə heç olmasa dəmiri vermirsiz özümüz sataq” deyəndə MİS rəisi Abdin Əliyev cavab verib ki, “mənə belə tapşırıblar, Sumqayıtda Prezidentin yox, Zakir Fərəcovun tapşırıqları keçərlidir”. İcra Hakimiyyətindən mövqe öyrənmək istəsək də ictimaiyyətlə əlaqələr şöbəsindən telefona cavab verən olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.yenilik.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.