«AzPetrol» xalqa fırıldağ gəlməkdən yorulmur
29-02-2016, 13:12
Eyvaz Həsənovdan sonra Talıb adlı şəxs də YDM-də aldadıldığını bildirir
Bir neçə gün bundan əvvəl Eyvaz Həsənov adlı şəxs mətbuata müraciət edərək, «AzPetrol» Yanacaq Doldurma Məntəqələrində aldadıldığını bildirmişdi. Həmin xəsin sözlərinə görə, idarə etdiyi avtomobilin yanacaq deposu toplam 54 litr benzin tutur.
Həsənov «AzPetrol» YDM-də maşınına benzin vurmaq üçün gəldiyində isə depoda 15 litrə yaxın yanacaq olub. Lakin YDM işçiləri onun maşınına 50 litr bezin vuraraq, deponun dolduğunu bildiriblər. Şikayəti isə həmin gündən bəri düşünür ki, yanacaq deposu 54 litr tutan bir avtomobilə 65 liter benzini necə vurublar?
Qeyd edək ki, sözügedən şirkətdən şikayətçi düşən təkcə Eyvaz Həsənov deyilmiş. Ötən gün JAM.AZ-a yazan Talıb adlı oxucumuz da eyni aqibətlə üzləşib. O bildirib ki, idarə etdiyi maşının pasportunda 65 litr benzin tutumu olduğu halda, «AzPetrol» YDM-də avtomobilin deposuna 72 litr yanacaq vurulub. «Mən YLM-ə yaxınlaşdıqda maşınımda 5-6 litr benzin var idi. Oradakı işçilərə dedim ki, deponu doldursunlar. Yükləmə qurtardıqdan sonra mənə bildirdilər ki, toplam 67 litr benzin vurublar. Hesabladıqda isə məlum oldu ki, maşının deposunda 72 litr yanacaq var. Sual verdim ki, maşının kitabında 65 litr yanacaq tutduğu haqda dəqiq bilgi var. Bəs, necə olur ki, indi 72 litr benzin tutdu? Heç biri sualıma cavab verə bilmədi. Hamısı bir ağızdan bildirdi ki, onların aparatları düz işləyir, yanlışlıq ola bilməz».
Qarşı tərəfi də dinləməyə hazırıq.