Sıra ona da çatdı... - Aydın Əliyev və komandası yola salınır...
1-03-2016, 12:17
Hakimiyyət yeni kadr islahatları tədarükündədir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə Dövlət Gömrük Komitəsinin rəhbərliyində kardinal islahatlar həyata keçiriləcək.
Mənbənin dia.az-a söylədikləri: "Aydın Əliyev başda olmaqla DGK-nin daha 3 vəzifəli siması görəvindən alınacaq. Eyni zamanda onlarla orta dərəcəli məmurun da birdəfəlik olaraq gömrük orqanlarından xaric olunması gözlənilir".
Mənbənin bildirdiyinə görə, buna səbəb son zamanlar gömrük sistemində ortaya çıxan və hakimiyyətin hətta üst düzəyini belə narahat edən məqamlardır: "Çox ciddi bir sitasiya yaranıb. Aydın Əliyev və ona yaxın olan çevrə nəinki etimadı doğrultmayıb, hətta sui-istifadədə də bulunublar. Bunun cəzası olacaq. Hələlik detallar tam açıqlanmır. Amma ciddi olaylar baş verir və bu da yekunda DGK-də məlum islahatlarəı zəruriləşdirib".