İcra başçısı xidməti maşını ilə qaydanı belə pozdu - VİDEO

1-03-2016, 14:08           

Dövlət başçısı İlham Əliyevin dəfələrlə sərt xəbərdarlıqlarına baxmayaraq, bəzi məmurların qanunlara sayğısızlığı haqda yeni-yeni xəbərlər yayılır. Onların çoxu dövlətin verdiyi xidməti avtomobillərlə yol hərəkət qaydalarını kobud şəkildə pozurlar.

Dia.az xəbər verir ki, belə məmurlardan biri də Ağstafanın icra başçısıdır.

Dia.az Reportyor.tv-yə istinadən xəbər verir ki, fevralın 29-u saat 10:25 radələrində çəkilmiş video-rolikdə Ağstafa rayonunun icra başçısı Məhərrəm Quliyev saatda 110 km sürət həddi olan yolda xidməti avtomobili 200 km sürətlə idarə edib.

Yayılan videoya heç bir şərh vermədən oxuculara təqdim edirik:

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.