Məktəb direktorları hansı pulla “Şah” kimi yaşayırlar?

1-03-2016, 14:10           
Məktəb direktorları hansı pulla “Şah” kimi yaşayırlar?
Bu gün ümumtəhsil məktəblərində ən böyük problemlərdən biri də direktorlardır desək, yəqin ki, hər biriniz bizimlə razılaşarsınız. Ona görədir ki, məktəb direktorlarından şikayətlərin ardı-arası kəslimir.

Direktorların özbaşınalıqları, şagirdlər, valideynlər və hətta müəllimlərlə sərt davranışları, qeyri-qanuni hərəkətləri bitib-tükənmək bilmir. Və o da həqiqətdir ki, bu gün məktəb direktorları “Şah” kimi yaşayırlar və hansısa direktoru imkansız hesab etmək olmur. İndi onlar əhalinin varlı təbəqəsi hesab olunurlar. Təbii ki, buna etirazımız yoxdur, olsunlar. Ancaq hansı pulla varlanırlar? Axı onların aylıq məvacibi “Şah” olmalarına adekvat deyil.

Təhsil Nazirliyindən məsələ ilə bağlı Modern.az saytına bildirilib ki, direktorların fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlər nazirliyin aidiyyəti şöbələri tərəfindən araşdırılır və şikayət əsaslı olduğu təqdirdə müvafiq tədbirlər həyata keçirilir.

Nazirlikdən qeyd edilib ki, 2015-ci il ərzində əmək funksiyalarını qismən və ya tam yerinə yetirmədiklərinə görə 34 nəfər məktəb direktorunun barəsində əmək qanunvericiliyinə əsasən, intizam tənbehi tədbirləri tətbiq edilib. Əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini pozduqlarına, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə 20 nəfər məktəb direktoru işdən azad edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.