"AZZA"-dakı tortlar plastikdir, köhnədir... - EHTİYATLI OLUN...

27-07-2021, 09:44           
"AZZA"-dakı tortlar plastikdir, köhnədir... - EHTİYATLI OLUN...
7NEWS.az xəbər verir ki, bu barədə məşhur müğənnu Nura Suri paylaşım edib. Onun sözlərinə görə "AZZA" qabaqlar yüksək xidmət göstərsə də, son zamanlar bu tendensiya dəyişib: ""AZZA" şirniyat mağazasından bir neçə dəfə status yazmışam, göstərdikləri servisi tərifləmişəm. Amma son zamanlar adi marketlərdəki şirniyyatın keyfiyyəti Azzada satılan şirniyatlardan daha yaxşıdır. Dünən axşam məhləmizdəki (Babək pr) Azzadan Davidin dayəsi tort aldı. Davidin bu gün ad günüdür. Tort plastik dadırdı həm qoxusu, həm də dadı köhnə. Alınandan 10 dəqiqə sonra getdi ki, qaytarsın. Mağazada deyiblər köhnə deyil üstündə tarix yazılıb həmim tarixə kimi keçərlidir. (Absurd bir cavab) O da tortu qoyub mağazada qalxıb evə. Hələ telefon nömrəsi də veriblər ki, sabah zəng edib iradınızı bildirərsiniz. Mən də etmədim tənbəllik yığdım o nömrəni. Ev telefonuyla da, mobil telefonla da cavab verən olmadı, baxmayaraq ki, növbə yox idi. Yəni, mən 1-ci idim. İnsanlara qarşı bu münasibət nədir axı? Nə dəyişib Azzada? Əvvəllər çox yaxşı idiniz axı. İndi dərdiniz nədir? Bu nə hörmətsizlikdir alıcıya qarşı?!"

Mövzunu diqqətdə saxlayacağıq!

7NEWS.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.