Siqaret mafiyası hərəkətə keçdi
2-03-2016, 09:48
Gürcüstan və Rusiyadan siqaret gətirilməsinə ciddi nəzarət var
Gürcüstan və Rusiyadan siqaret gətirilməsinin qarşısını almaq üçün müvafiq qurumlara xüsusi tapşırıq verilib. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, bu ölkələrdən satış üçün siqaret gətirilməsi artıq müşkülə çevrilib. “Doğrudur, əvvəllər də buna mane olurdular. Lakin müəyyən üsullarla siqareti ölkəyə keçirmək olurdu. Indi daha ciddi axtarış aparırlar və heç bir vasitə ilə istehlak miqdarından artıq siqareti ölkəyə keçirmək olmur”, – deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, buna səbəb siqaret mafiyasının ciddi ziyan çəkməsidir. Qeyd edək ki, devalvasiyadan sonra siqaretin bahalaşması Azərbaycanda Rusiya və Gürcüstan siqaretlərinin populyarlaşmasına səbəb olub. Tütün istehsalçıları qiymətdə ucuz, keyfiyyətdə isə yerli məhsulu üstələyən bu siqaretlərə üstünlük verirlər. Bu da siqaret mafiyasının qazancına ciddi zərbə vurur.
Qeyd edək ki, siqaret mafiyası ildə milyardlarla manat pul qazanır. Manatın ikinci devalvasiyasından sonra siqaretlərin qiyməti növündən asılı olaraq 1-2 manat arası qaldırıldı. Hazırda bazarda ən böyük satışı olan siqaretlər 2.50-3.50 manat arası satılır. Araşdırmalara görə, Azərbaycanda siqaret istifadəçilərinin sayı 3 milyon nəfərdir. 2015-ci ildən bu yana siqaretlərin qiyməti 100 faiz artıb. Orta hesabla 3 milyon siqaret istifadəçisinin gün ərzində bir qutu siqaret çəkdiyini nəzərə alsaq, bu o deməkdir ki, gün ərzində siqaret mafiyası qiymət artımından sonra 3 milyon əlavə vəsait əldə edib. Bu, aya 90 milyon manat deməkdir.
Əgər qiymət artımı 1.5 manatdan götürülsə, bu, siqaret mafiyasının gün ərzində büdcəsinə əlavə olaraq 4.5 milyon manat gətirməsi deməkdir, aylıq isə bu məbləğ 135 milyon edir. Bu göstəriciləri ilə vursaq, o zaman daha iri məbləğ alınır. Beləliklə, bir manat bahalaşma siqaret mafiyasına ilə 1 milyard 80 milyon, 1.5 manatdan isə 1 milyard 620 milyon əlavə vəsait daxil olması deməkdir. Siqaret mafiyası bu gəliri itirməmək üçün Gürcüstan və Rusiya siqaretlərini bazardan çıxarmağa çalışır.azadlıq.info/