Müslümovun işçisi ya qanunu bilmir... - ya da qanuna əməl etmək istəmir

2-03-2016, 12:04           
Müslümovun işçisi ya qanunu bilmir... - ya da qanuna əməl etmək istəmir
Yanvarın 20-də əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirmişdi ki, “Məşğulluq haqqında” qanuna əsasən, işsiz statusunu məşğulluq idarələrində almaq olar. “Əgər məşğulluq mərkəzlərindən birində qeydiyyatdan keçmiş vətəndaş 10 gün ərzində iş təklifi almazsa, ona rəsmi işsiz statusu verilir və müvafiq müavinət təyin olunur. Bununla yanaşı, müavinətin ölçüsü bir sıra kriteriyalar əsasında müəyyən olunur və son iş yerindəki orta aylıq əməkhaqqının 70 faizinə çata bilər”, – deyə S.Müslümov bildirib.

Bu günlərdə Qafqaznews.org saytına Xətai rayonu ,Natiq Əliyev küçəsi ,ev 26 mənzil 48 ünvanında yaşayan Rəhman Cəbrayılov müraciət edib. O bildirib ki, 1989-cu ilin dekabrından 2015-ci ilin mayına qədər “Azərneftyağ” İstehsalat Birliyində maşinist işləyib.

“2015-ci ilin mayında ixtisara düşdüm. Ondan sonra işsizlik müavinəti almaq üçün Xətai rayon məşğulluq xidmətinə müraciət etdim. Qanuna görə, mənim aldığım müavinət son maaşımın 70 faizinə bərabər olmalıdır. Lakin Xətai rayonu Məşğulluq Xidmətinin rəisi Şəmsəddin Əliyev bildirib ki, son maaşımın 70 faizini almaq üçün mənim ali təhsilim olmalıdır”, – deyə Rəhman Cəbrayılov qeyd edib. Biz aydınlaşdırmaq istədik, R.Cəbrayılovun sözləri həqiqətə uyğundurmu?

Bu məqsədlə, Şəmsəddin Əliyevə müraciət etdik, lakin o, bizim suallarımıza cavab verməkdən imtina etdi. O zaman, Xətai RİH hüquq şöbəsinin müdiri Teymur Əzizova müraciət etdik. “Son maaşın 70 faizi həcmində müavinət almaq üçün, heç də ali təhsilə malik olmaq lazım deyil”, – deyə T.Əzizov sualımızı cavablandırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.