“Sanator – Kurort Reabilitasiya Mərkəzi”ndə tender oyunları – bu dəfə su kimi maxinasiya…

29-07-2021, 15:58           
“Sanator – Kurort Reabilitasiya Mərkəzi”ndə tender oyunları –
“Sanator-Kurort Reabilitasiya Mərkəzi” tender müsabiqəsi elan edib. Çox maraqlıdır ki, məqsəd içməli suyun satın alınması olub.
Reportyor.info bildirir ki, tenderdə “Radon Qrup” MMC qalib gəlib və hesabına bu təyinatla 73 800 manat köçürülüb. Lakin sual doğur ki, içməli su satın alınması üçün tender elan edilməsinə hansı zərurət var?! Eyni zamanda nə üçün reabilitasiya mərkəzi içməli suyu almalıdır?
Məgər Mərkəzdə normal su təminatı yoxdurmu? Üstəlik buna görə 73 mindən çox vəsait xərclənməsi də suallar doğurur.
Sanator Kurort Reabilitasiya Mərkəzi 2021-ci ilin mayın 3-də də “Su haqqının ödənilməsi (İçməli suyun daşınması)” lotu üzrə satınalmaya yekun vurub.
Keçirilən tenderin məbləği 113.800 manat, tenderin qalibi isə “TRENİKS QRUP” MMC olub. “TRENİKS QRUP” MMC-nin nizamnamə kapitalı 5 manatdır.
Bu şirkətin maddi-texniki bazası, işçi qüvvəsi, satınalmalarda iştirak etmək üçün sahib olduğu sertifikat və lisenziyalar barəsində heç bir məlumat verilmir. Həmçinin şirkətin nə əlaqə telefonu, nə də faktiki ünvanı haqqında da bilgi yoxdur.
Məsələn, Sanator Kurort Reabilitasiya Mərkəzi 2020-ci ilin mart ayının 30-da “Abadlaşdırma və yaşıllaşdırma xidməti” lotu üzrə satınalmaya yekun vurub.
Satınalmanın qalibi “ÇİÇİ LTD” MMC elan edilib. “ÇİÇİ LTD” MMC-nin hüquqi ünvanı Quba rayonunun Amsar kəndi, nizamnamə kapitalı 10 manatdır.
Sanator Kurort Reabilitasiya Mərkəzinin 2020-ci ildə sifarişçi olduğu satınalmalar üzərində apardığımız səthi araşdırma ortaya çox maraqlı mənzərə çıxarır…
Mərkəz 2020-ci ilin aprel ayının 24-də daha bir satınalmaya yekun vurub. “Mətbəə mallarının satınalınması” lotu üzrə keçirilən satınalmanın məbləği 42.510 manat təşkil edib. Satınalmanın qalibi “ALPAN CO LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“ALPAN CO LTD” MMC-nin hüquqi ünvanı isə çox maraqlıdır. Belə ki, bu şirkətin hüquqi ünvanı Mərkəzin 3 gün öncə qalib elan etdiyi digər şirkətin “Çiçi LTD” MMC-nin hüquqi ünvanı ilə eynidir – Quba rayonu, Amsar kəndi. 10 manat nizamnamə kapitalı olan, fəaliyyət profili haqqında heç bir məlumat olmayan “ALPAN CO LTD” MMC-nin hazırda dövlətə 1674 manat vergi borcu var. Əslində onlarla belə faktlar var və biz uzatmaq istəmirik.
Mediada gedən xəbərlərə görə, bu ilin iyununda Sanator-Kurort Reabilitasiya Mərkəzində nöqsanlar aşkarlanıb. Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanların aşkar edildiyini deyib.reportyer












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.