Azərbaycanda bu siqaretlər ucuzlaşdı - QİYMƏTLƏR

2-03-2016, 12:19           
Azərbaycanda bu siqaretlər ucuzlaşdı - QİYMƏTLƏR
Dünyanın ən iritütün və tütün məmulatları istehsal edən şirkətləri sırasında yer almış Böyük Britaniyanın Imperial Tobacco şirkəti Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir.

Şirkətin Azərbaycanda satılan brendlərindən Davidoff, West, İmperial Classic, Prima, P&S kimi tanınmış siqaret markalarının adını çəkmək olar.

Qeyd etmək lazımdır ki, Imperial Tobacco təmsil olunduğu ölkələrin makroiqtisadi göstəricilərinin dinamikasını yaxından izləyir, qiymət siyasətini və bütövlükdə işini bu dəyişikliklərə uyğun qurmağa çalışır.

Məhz bu prinsipə əsaslanaraq, Azərbaycan manatının xarici valyutalara qarşı möhkəmlənməsi fonunda İmperial Tobacco məmulatlarının qiyməti mart ayının 1-dən azaldılır.

Şirkətə aid tütün məmulatlarının yeni pərakəndə satış qiymətləri belədir:

Davidoff– 3 AZN
WestCompact – 2 AZN
Imperial ClassicSlimsvə Imperial ClassicCompact – 1.80 AZN
ClassicKingSize – 1.60 AZN
Prima Deluxe – 1.40 AZN
P&S – 2 AZN












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.