Rusiyanın embarqoları Azərbaycanı yeni bazarlara çıxarır –

31-07-2021, 15:38           
Rusiyanın embarqoları Azərbaycanı yeni bazarlara çıxarır –
Azərbaycanın qeyri neft məhsulları sektorunda ixrac tərəfdaşlarının məhdud olması Rusiyaya imkan yaradır ki, bu məsələdən təzyiq vasitəsi kimi istifadə etsin. Zaman-zaman müxtəlif kənd təssərrüfatı məhsullarının ixracı ilə bağlı qadağa və məhdudiyyətlər tətbiq edilir. Bu qadağalar fitosanitar nəzarətlə əlaqələndirilsə də, yerli ekspertlər iradlarla razılaşmırlar. Bu faktor Azərbaycanın ixrac tərəfdaşlarının siyahısını şaxələndirməsini zəruri edir.

Xüsusilə aqrar sahədə Azərbaycan məhsulları hansı ölkələrin bazarlarına çıxarıla bilər?

İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanın kənd təsərrüfatı ixracaatının ¾ hissəsindən də çoxu Rusiya bazarınadır:

“Yeni bazarlara açılmaq vacib məsələlərdən biridir. Çıxış imkanları araşdırılmalıdır. Bu yöndə bir sıra institutsional manelər mövcuddur. Azərbaycanın Ümümdünya Ticarət Təşkilatının üzvü olmaması məhsullarımızın Avropa bazarlarına çıxarılmasına ciddi maneədir. Avropa Birliyi ilə də danışıqlar gedir, dekabrda sammit olacaq, Azərbaycan Avropa Birliyi ilə saziş imzalayacaq. Bu çox vacibdir və 500 milonluq Avropa bazarlarına çıxış imkanları yaradacaq. Bu bazarda qiymətlər daha baha və sərfəlidir. Gürcüstan uzun illərdir ki, sazişi imzalayıb və Avropa ölkələrinə ixracını hər il artırır”.

İqtisadçı deyib ki, digər istiqmətlərdən biri Orta Asiya bazarlarıdır:

“Loqistik olaraq ucuz başa gələn Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikstan, Qırğızstan özləri də kənd təsərrüfatı istehsalçıları olsalar da, xüsusilə Qazaxıstan bazarında yer tutmaq mümkündür”.

Natiq Cəfərli ixracda üçüncü istiqamət kimi ərəb ölkələri bazarlarını potensiallı hesab edir:

“Körfəz ölkələrində də qiymətlər kifayyət qədər yüksəkdir. Gürcüstan və Türkiyə bazarlarına isə çıxış əldə etmək çətindir. Çünki onlar bizimlə eyni istiqamətlər üzrə üstünlüyə malikdirlər”.
Dekabrda NƏ OLACAQ?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.