“Meridian” MTK sakinləri çətin duruma salıb... - GİLEY

2-08-2021, 11:14           
“Meridian” MTK sakinləri çətin duruma salıb... - GİLEY
“Meridian” MTK sakinləri çətin duruma salıb...
““Meridian” MTK tərəfindən inşa olunan və 8 ildir istismara verilən binamızda təhlükəsizliklə bağlı normativlər tamamilə pozulub. Həyətdə qanunsuz tikililər - yeni bina, qaraj inşa olunub, giriş özəlləşdirilərək satılıb, qonşu binanın girişindən istifadə edirik. Hazırda öz təhlükəsizliyimizə görə çox narahatıq”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev 25A ünvanında yerləşən 16 mərtəbəli binanın bir qrup sakini müraciət edib. Onlar bildirirlər ki, hazırda sakinləri narahat edən tikililərin heç biri binanın ilkin layihəsində nəzərdə tutulmayıb.

Sakin Rauf Əsgərovun sözlərinə görə, əgər hər hansı təbii fəlakət olsa, böyük faciələr qaçılmaz olacaq: “Biz bu binada mənzil alanda hazırkı vəziyyət yox idi, bizə göstərilən layihədə gözəl park, parkinq yeri və sair var idi. Pullarımızı tam ödəyəndən sonra binanın həyətində başqa bir bina da tikildi. Təhlükəsizlik normativlərinə görə çoxmərtəbəli binanın yanında bina tikilə bilər, o halda ki, arada binanın hündürlüyü qədər məsafə olsun. Fəlakət, yanğın olsa, ən azı 5 yanğınsöndürən maşın həyətə girib çıxmalıdır. Bura isə bir maşın belə girsə, çıxa bilməyəcək. Bir dəfə şahid olmuşuq ki, qonşu binada yanğın zamanı məcburiyyətdən qadın özünü ataraq həlak olmuşdu. Çünki binanın həyətinə yanğınsöndürənlər keçə bilməmişdilər. Əgər burada da nəsə baş versə, eyni hal olacaq. Sanki hamı gözləyir nəsə baş versin, sonra kimisə tutub cəzalandırsınlar. İstəyimiz odur ki, FHN və digər müvafiq qurumlar gəlib ekspertiza keçirsinlər”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.