Korrupsiya halları haqda mediada adı ən çox hallanan universitet – Azərbaycan Texnologiya Universiteti
3-03-2016, 14:00

Cümhuriyyət.az xəbər verir ki, Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevralayı üzrə analiz işini yekunlaşdırıb.
Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Cümhuriyyət.az universitetlərlə bağlı fevral ayında mətbuat üzrə məlumatları təqdim edir.
2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10543 xəbər yerləşdirilib. Bunlardan 248 xəbər mənfi, 89 xəbər müsbət və 10206 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Azərbaycan Texnologiya Universiteti (146 xəbər-universitetdə 1,5 mln. manatlıq yeyinti, korrupsiya və s.), Azərbaycan Dövlət İqtisad Universiteti (34 xəbər-universitetin rektoruna qarşı olan ittihamlar), Azərbaycan Universiteti (19 xəbər-rüşvət, universitetin rektorundan şikayət və s.). Azərbaycan Dövlət İqtisad Universiteti isə müsbət xəbərlər arasında 29 xəbərlə (universitetin Azərbaycan birincisi seçilməsi, beynəlxalq reytinqdə yer alması) liderdir.
Xəbər sayına görə sıralama:
Bakı Dövlət Universiteti 1107 xəbər
Dövlət İqtisad Universiteti 827 xəbər
Dövlət Neft və Sənaye Universiteti 646 xəbər
Bakı Slavyan Universiteti 626 xəbər
Tibb Universiteti 613 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1231 xəbər dərc edilib. Bu xəbərlərdən 1206-ı neytral, 14-ü mənfi, 11-iisə müsbət xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Azərbaycan Texnologiya Universiteti (9 xəbər-universitetdə 1,5 mln. manatlıq yeyinti, korrupsiya və s.), Azərbaycan Dövlət İqtisad Universiteti (5 xəbər-universitetin rektoruna qarşı olan ittihamlar). Bakı Ali Neft Məktəbi(5 xəbər-universitetin rektorunun YAP tərəfindən təltif olunması) isə müsbət xəbərlərarasında liderdir.
Xəbər sayına görə sıralama:
Bakı Dövlət Universiteti 144 xəbər
Bakı Slavyan Universiteti 108 xəbər
Dövlət İqtisad Universiteti 94 xəbər
Bakı Ali Neft Məktəbi 65 xəbər
Dövlət Neft və Sənaye Universiteti 56 xəbər
Fevral ayında televiziya kanallarında universitetlər haqqında 179 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
Bakı Slavyan Universiteti 32 xəbər
Bakı Dövlət Universiteti 20 xəbər
Dövlət İqtisad Universiteti 18 xəbər
ADA Universiteti 11 xəbər
Bakı Ali Neft Məktəbi 10 xəbər