Şəmkir Təcili Tibbi Yardım Stansiyası, yoxsa Ticarət Mərkəzi?

4-03-2016, 13:19           
Şəmkir Təcili Tibbi Yardım Stansiyası, yoxsa Ticarət Mərkəzi?
Akif Süleymanov işçilərin geyimlərini satır, gül pulu yığır və Bakıya çatdırılmalı olan xəstədən 350 manat alır

Şəmkir Təcili Tibbi Yardım Stansiyasında sözün həqiqi mənasında bazar açılıb. JAM.AZ xəbər verir ki, stansiyanın rəisi Akif Süleymanovun apardığı «islahat»lar nəticəsində, artıq qurumda durum gülməli şəkil almağa başlayıb.

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən qoyulmuş qaydaya, rəsmi şəkildə elan edilmiş tenderə əsasən hər il sözügedən tibb ocağına geyim, ayaqqabılar və digər zəruri mallar göndərir. Lakin Akif Süleymanov həmin malları Şəmkir bazarında alver edən Arif adlı şəxsə satdıraraq, pula çevirir.

Süleymanov təkcə geyim-keçimlə pul qazanmır. Onun həmçinin hər ilin mayında işçilərdən yığdığı pullarla da imkanlarını artırır. Məlumatlarda vurğulanır ki, Akif Süleymanov işi o həddə çatdırıb ki, hətta Azərbaycanan sabiq və mərhum prezidenti Heylər Əliyevin adından da sui-istifadə edir. Belə ki, stansiya rəisinin Heydər Əliyevin adından bəhrələnərək, işçilərdən «Gül Bayramı» üçün 5 manatdan pul yığdırır.

Süleymanovun özfəaliyyət dərnəyi təkcə bundan ibarət deyil. Məlumatlara görə, onun Bakıya yola salınması zəruri olan xəstələri də özünün «yem» eləyib. Belə ki, sözügedən şəxs bu zaman xəstə yaxınlarından 350 manat pul tələb edir. «Pulun 150 manatı şəxsən baş həkim Aktf Süleymanova çatır. Yerdə qalan 100 manat sürücüyə, digər 100 manat isə xəstəliyi müəyyən edən həkimə yetişir».

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.