Uşaqlarımıza peçenye alanda da ehtiyatlı olmalıyıq... - FOTOFAKT

4-03-2016, 16:38           
Uşaqlarımıza peçenye alanda da ehtiyatlı olmalıyıq... - FOTOFAKT
Son zamanlar ayrı-ayrı ərzaq növlərinin keyfiyyətsizliyi mediatiklik qazanmaqdadır. Elə DİA.AZ-a daxil olan növbəti şikayət də bu qəbildəndir. Redaksiyamıza yazan Bakı sakini Misir Əziz bildidir ki, bu günlərdə bacısının övladına aldığı və Türkiyədə istehsal olunduğu bildirilən "piknik" peçenyelərindən kəndirin çıxdığının şahidi olub.

Narazı vətəndaş yazır: "Bununla bağlı hara şikayət etmək lazımdır, bilmirəm. Amma bildiyim odur ki, bu gün milləti zəhərləyirlər. Uşaq qanmayıb yesəydi... Hər halda sonrakı məsuliyyəti kimsə bölüşməz".

DİA.AZ olaraq vətəndaşın yolladığı fotoları da diqqətinizə təqdim edirik:















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.