Təcili: Bakıda söküləcək evlərə görə nə qədər kompensasiya veriləcək? - ÖZƏL

10-03-2016, 01:27           
Təcili: Bakıda söküləcək evlərə görə nə qədər kompensasiya veriləcək? - ÖZƏL
Bina evləri üçün 3500 manat, həyət evləri üçün 2500 manatlıq rəqəmlər düşünülüb

Məlum olduğu kimi, Azərbaycan hökuməti Bakının bir çox yerlərində söküntü işlərinə başlayacaq. Bununla bağlı 2017-ci ildən etibarən hazırlanmış plan işə düşəcək. Bu söküntü işləri təkcə köhnə məhəllələri deyil, həmçinin 5 mərtəbəli binaları da əhatə edəcək.

teref.az yazır ki, politika.az-ın verdiyi xəbərə görə, rəsmi qurumlar artıq söküntüsü aparılacaq əraziləri də müəyyənləşdirib. Lakin bununla bağlı qəti qərarın yaxın günlərdə veriləcəyi gözlənilir. Rəsmi qurumlar bununla bağlı hələlik kompensasiya məbləği açıqlamasalar da, ilkin rəylər var.

Məlumatlarda deyilir ki, bu dəfə «Sovetski» məhəlləsindəki kimi qiymətlərin hər kvadrat üçün 1500 manat olacağı nəzərdə tutulmayıb. Belə ki, son devalivasiyadan sonra məbləğin bir qədər də artırılması qərarlaşdırılıb. Hələlik ilkin təklif bina və həyət evləri üzrə dəyişəcəyi qeyd edilir. Belə bir ehtimal var ki, bina evləri üçün nəzərdə tutulan qiymət hər kvadrat üçün 3500 manat məbləğində, həyət evlərində isə 2500 manat olacağı gözlənilir.

Lakin mənbələr bu rəqəmin dəyişə biləcəyini də istisna etmirlər. Onlar qeyd edirlər ki, hər şey manatın kursundan və daxili bazarda mənzillərin qiymətlərindən də asılı olacaq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.