Neft yenidən bahalaşır
10-03-2016, 09:29
Ötən gün müşahidə olunan ucuzlaşmadan sonra neftin qiyməti yenidən bahalaşmağa başlayıb. ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti ucuzlaşaraq 41.07 dollara qalxıb.
“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. Ötən gün səhər 36.49 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 38.21 dollar müəyyən olunub.
Həmçinin ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti də 0,22 dollar bahalaşaraq 40,57 dollar təşkil edib.
Əlvan metalların qiymətində də ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 40,28 dollar olub. Platinin 1 qramı 31.33 dollar, palladiumun 1 qramı isə 18.11 dollar olub. Gümüşün qiyməti cüzi düşüş ilə 1 qram üçün 0.49 dollar müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 10.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6315 səviyyəsində müəyyən olunub.