Millət vəkillərindən ibarət nümayəndə heyəti “Veysəloğlu” şirkətlər qrupuna səfər ediblər - FOTOLAR

10-03-2016, 14:23           
Millət vəkillərindən ibarət nümayəndə heyəti “Veysəloğlu” şirkətlər qrupuna səfər ediblər - FOTOLAR
Ölkədə sahibkarlara yaradılan münbit şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası iqtisadiyyatın bütün sahələrində olduğu kimi, qida sənayesinin də inkişafına təkan verir. Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı, sahibkarların müdafiəsi ilə bağlı etdiyi son çıxışları, müvafiq fərman və sərəncamları ölkə sahibkarlarına bir daha ruh yüksəlişi və ümid verir.

DİA.AZ xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadənin başçılıq etdiyi nümayəndə heyyəti Veysəloğlu Şirkətlər Qrupuna səfər ediblər.
Millət vəkilləri Mahir Abbaszadə və Tahir Mirkişilinin də daxil olduğu nümayəndə heyyətinin şirkətə səfərində məqsəd ölkə başçısının sahibkarlığın inkişafina göstərdiyi diqqət və qayğı, yerli istehsalın stimullaşdırılması, bu istiqamətdə olan maneələrin aradan qaldırılması, iş adamlarına lazımi köməkliyin göstərilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrası və onları maraqlandıran məsələlər ilə yaxından tanış olmaqdır.
Komitə üzvləri səfər proqramı çərçivəsində Ulduz şokolad fabrikinə gələrək burada yaradılmış iş yerləri və istehsalat prossesi ilə yaxından tanış olmuşlar. Millət vəkillərinə məlumat verilərək bildirilmişdir ki, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar “Azərbaycan malı” adı altında dünyanın 20-ə yaxın ölkəsinə ixrac olunaraq hər il keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Fabrik rəhbərliyi həmçinin bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət və verdiyi dəstək nəticəsində müəssisənin istehsal gücü bir neçə dəfə artırılmışdır.
Millət vəkilləri istehsalat prossesini izlədikdən sonra Veysəloğlu satış və distribyutor şirkətinin anbar infrastrukturu ilə də yaxından tanış olmuşlar. Burada qonaqlara məlumat verilərək bildirilmişdir ki, ən müasir avadanlıqlar ilə təchiz olunmuş qida və qeyri-qida məhsullarının saxlanılması üçün inşa edilmiş anbar binası bu sahədə ixtisaslaşmış mütəxəssislər tərəfindən hazırlanmış və ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Səfər proqramında millət vəkillərinə Veysəloğlu şirkətlər qrupunun fəaliyyətini əks etdirən video rolik nümayiş etdirilmişdir. Görüşdə qonaqlara şirkətin qeyri-neft sektorunun inkişafı, iş adamlarına göstərilən dövlət qayğısı, ölkə başçısının yerli sahibkarlığın inkişafı istiqamətinə imzaladığı fərman və sərəncamlar, qarşıda duran vəzifələr, mövcud çətinliklər və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda komitə sədri Ziyad Səmədzadə qeyri-neft sektorunun, o cümlədən yerli sahibkarlığın inkişaf etdirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılmasının daim ölkə başçısının diqqət mərkəzində olduğunu və bu istiqamıtdə iş adamlarına lazımi şəraitin yaradılacağını vurğulamışdır.
Şirkət rəhbərliyi isə öz növbəsində ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması, ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstəyin sahibkarların fəaliyyəti üçün bir stimul verdiyini, iş adamlarına göstərilən dövlət qayğısının, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif Dövlət Proqramları və tətbiq olunan güzəştlərin özəl sektora ölkə rəhbərinin xüsusi diqqətindən xəbər verdiyini və bu addımların qısa bir müddət ərzində ölkə itisadiyyatına öz müsbət tövhəsini verəcəyinə əmin olduğunu bildirdi.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.